6 ildə 233 min nəfər - Sayımız 11 milyonu niyə keçə bilmir?

6 ildə 233 min nəfər - Sayımız 11 milyonu niyə keçə bilmir?Son illərdə ölkədə doğum sayı ölüm səviyyəsini üstələmir - sosioloq səbəbləri göstərdi
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Qeyd edək ki, 2019-cu ilin aprelində əhalimiz 10 milyonu keçib. Göründüyü kimi, 6 ildə artım cəmi 233 mindir.

Qonşu ölkələrə gəlincə, 2025-ci ilin aprel ayındakı göstəricilərə görə, Türkiyənin əhalisi təxminən 87.6 milyon nəfər olub. Məsələn, 28 mart 2025 tarixinə olan məlumatlara görə, əhali sayı 87,630,158 nəfər idi. Bu artım, əsasən təbii artım (doğumların ölüm sayını üstələməsi) hesabına baş verir. 2025-ci ilin əvvəlindən təxminən 380,396 doğum və 208,061 ölüm qeydə alınıb. Bununla belə, Türkiyədə demoqrafik problemlər də müşahidə olunur. Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin aprel ayında bildirib ki, əhalinin artım tempi azalır və bu, ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır.

Cari ilin aprel ayına olan məlumatlara əsasən, Gürcüstanın əhalisi təxminən 3,806,800 nəfərdir. Əvvəlki rəsmi statistikaya görə, 2025-ci il yanvarın 1-də Gürcüstanın əhalisi 3,704,500 nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,900 nəfərlik artım deməkdir. Bu artım əsasən müsbət miqrasiya saldosu (14,386 nəfər) hesabına baş verib, çünki təbii artım mənfi olub (-4,488 nəfər). Əhali artımına baxmayaraq, uzunmüddətli proqnozlar Gürcüstanda əhali sayının azalacağını göstərir. Hökumətin 2025-2027-ci illər üçün iqtisadi islahatlar sənədinə əsasən, əhalinin sayının 2025-ci ildə 3,693,600 nəfərə, 2026-cı ildə 3,691,700 nəfərə, 2027-ci ildə isə 3,688,900 nəfərə düşəcəyi gözlənilir.

Ermənistanda isə bu ilin 1 aprel tarixinə olan rəsmi məlumatlara əsasən, əhali sayı 3,081,100 nəfərdir. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 41,400 nəfərlik artım deməkdir .

Bu artım əsasən müsbət miqrasiya saldosu və təhlükəsizlik səbəbi ilə ölkəyə qayıdan vətəndaşlar hesabına baş verib. Əvvəlki illərdə müşahidə olunan əhali azalması tendensiyası 2024-cü ildən etibarən dəyişib və 2025-ci ilin əvvəllərində əhali artımı qeydə alınıb.

Rusiyanın əhalisi isə aprel ayının göstəricilərinə əsasən, təxminən 144,1 milyon nəfər olub. 2025-ci ilin demoqrafik göstəricilərinə əsasən, illik artım tempi 0,608% hesablanıb. Əhali sayının azalması əsasən aşağı doğum səviyyəsi və yaşlanan əhali strukturu ilə əlaqələndirilir.

Sosioloq Məhbubə Mehdiyeva "Yeni Müsavat"a şərhində bildirdi ki, son illərdə ölkəmizdə doğum sayı ölüm səviyyəsini üstələmir: "Gənclər arasında evlilik yaşı yüksəlib və ailə quranların sayı azalıb. Bu da doğumların sayına təsir göstərir. Eyni zamanda, təhsil və digər məsələlərlə əlaqədar olaraq, müvəqqəti başqa ölkələrə köç edilir, bu da ümumi artımı ləngidə bilir. 11 milyonluq həddə çatmaq üçün doğumların, miqrasiya balansının və ömür uzunluğunun artması vacibdir. Əgər ildə orta hesabla, 30-40 min nəfərlik artım davam edərsə, bu templə təxminən 2030-cu ilə qədər 11 milyon həddinə çatmaq mümkündür.

Amma bu həm də gələcəkdə iqtisadi və sosial siyasətdən, gənclərin ailə qurmaq istəyindən və miqrasiya meyillərindən asılıdır. Hazırda dünya bazarında əmək bazarında işçi qüvvəsinin azalması, sosial təminat sistemində pensiya yükünün artması, məktəblərdə və uşaq bağçalarında şagird sayının azalması kimi təsirlər görünür. Perspektivdə bu iqtisadi inkişaf tempində daha yeni dalğalar görəcəyik. Ümumi elmi, texniki, tərəqqi də demoqrafik vəziyyətə təsir edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr