Məktəblərdə yay tətili qısaldılır?

Məktəblərdə yay tətili qısaldılır?"Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır".

Bu sözləri AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: "bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir" fikri haqlı görünə bilər:

"Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür.

Statistik olaraq, Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-dək davam edir və bu, təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə, texniki baxımdan, bir çox Avropa ölkəsindəki – məsələn, Almaniyada və ya Danimarkada 38-40 həftəlik - tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərs ili deyil, tədrisin keyfiyyəti və intensivliyidir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da qeyd olunur ki, tədris prosesi yalnız təqvim planlaması ilə deyil, məzmun və metodika baxımından da modernləşdirilməlidir. Yəni sadəcə dərs müddətini artırmaqla nəticə əldə etmək mümkün deyil.

Əgər hazırkı tədris prosesi aşağı effektivliklə təşkil olunursa - yəni dərslər əzbərləmə, passiv tədris, yüklü və mənasız ev tapşırıqları ilə doludursa - bu sistemi daha da uzatmaq yalnız uşaqların fiziki və psixoloji tükənməsinə səbəb olacaq".

"Tədris müddətinin artırılması yalnız o halda məqsədəuyğundur ki, bu dəyişiklik tədris planlarının yüngülləşdirilməsi, praktiki öyrənmənin artırılması, yaradıcı və layihə əsaslı metodların tətbiqi, fənn proqramlarının şaxələndirilməsi ilə müşayiət olunsun",- deyə ekspert fikrinə əlavə edib:

"Misal üçün, Finlandiyada və Estoniyada dərs ili daha uzun olsa da, dərslər layihə əsaslıdır, şagirdlər sinifdə müəllimi sadəcə dinləmir, özləri araşdırır, təqdim edir, tədqiqat aparır. Bu yanaşmada tədrisin keyfiyyəti müddətdən daha vacib sayılır. Azərbaycanda isə dərs saatı artdıqca, öyrənmənin keyfiyyəti yüksəlmir, sadəcə dərs yükləri və stress artır.

Yay tətilinin qısaldılması məsələsi isə digər həssas məsələdir. 3 aylıq yay tətili sovetdənqalma bir sistemin mirasıdır və bir çox hallarda bu müddət effektiv istifadə olunmur. Amma məsələ təkcə uzun tətildə deyil.

Azərbaycanda iqlim xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, iyul və avqust aylarında ölkənin böyük hissəsində temperatur +35-40°C arasında dəyişir və məktəblərin çoxu hələ də kondisioner və soyutma sistemi ilə təmin olunmayıb. Bu halda tədris müddətini iyul ayına qədər uzatmaq real təhsilə yox, rəsmi "vaxt doldurmağa" çevrilə bilər. Danimarka və Almaniyada isə məktəblərdə şərait bu tip dəyişikliklərə uyğunlaşdırılıb və iqlim də daha mülayimdir.

Digər tərəfdən, Azərbaycan ailə modeli hələ də yay tətilini ailəvi birlik, kəndə getmək, babagilə yollanmaq, yay məktəblərində iştirak və fərdi inkişaf üçün istifadə edir. Yay tətili təkcə dərsdən uzaqlaşma deyil, həm də sosial və emosional inkişaf üçün önəmlidir.

Əgər tədris müddəti artırılacaqsa, bu zaman yay aylarında məktəb daxili yay məktəbləri, seçmə kurslar, istedadlı uşaqlar üçün əlavə inkişaf proqramları tətbiq olunmalıdır. Yəni məcburi ümumi dərs yox, seçimli və maraq əsaslı fəaliyyətlər təşkil olunmalıdır".

K.Əsədov bildirib ki, əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər:

"Əgər bu addım atılacaqsa, ilk növbədə bu şərtlər mövcud olmalıdır: Məktəblərin maddi-texniki bazası (ventilyasiya, soyutma, rahatlaşdırılmış sinif strukturu) təmin olunmalı, tədris planları mərhələli yüngülləşdirilməli, lakin yay aylarında şagirdin yaradıcılığı və sosial bacarıqları üzərində qurulmuş modul dərslər əlavə olunmalı, müəllimlərin əmək haqqı və iş yükü də bu uzadılmış müddətə uyğunlaşdırılmalıdır ki, bu dəyişiklik müəllim üçün də stimul yaradılmalıdır. Valideynlərə və ictimaiyyətə bu addımın məqsədi və nəticəsi şəffaf və əsaslandırılmış şəkildə izah olunmalıdır.

Qısacası, Azərbaycan təhsilində tədris müddətinin artırılması yalnız "başqaları ilə müqayisə" motivasiyası ilə yox, yerli kontekst, iqlim şəraiti, mövcud resurslar, psixoloji və pedaqoji əsaslandırma ilə həyata keçirilməlidir.

Əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər. Əks halda, bu qərar təhsilə yox, onun qəbul olunmasına mənfi təsir edəcək. Bizə çox dərs saatı yox, çox öyrədən dərs lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1753   Tarix: 18 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr