XƏBƏRDARLIQ: Azərbaycanda kartof bir daha BU QİYMƏTƏ OLMAYACAQ - SƏBƏB
Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur. Bu da əvvəlki aylardakı qiymətlərlə eynidir. Mövsümə baxmayaraq, qiymətlərin sabit qalması, endirimin olmaması ciddi suallar doğurur.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sözügedən problemin səbəblərini sadaladı. O, hesab edir ki, qiymətlərin sabit qalmasında əsas səbəblər dəyişkən hava şəraiti və istehsalın az olmasıdır:
"Bu dövrdə Azərbaycanda kartofun qiyməti enməli idi. Çünki bu müddət yeni kartofun bazara çıxması ilə səciyyələnir. Lakin ardıcıl yağan yağışlar və soyuq hava şəraiti kartof yığımını ləngidir. Nəticədə, faraş kartof bazara kütləvi şəkildə çıxarıla bilmir.
Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il kartof istehsalında ciddi azalma müşahidə olunur. Məsələn, 2023-cü ildə kartof istehsalının əsas mərkəzlərindən biri olan Cəlilabad rayonunda 60 min hektar sahədə kartof əkilmişdi. 2024-cü ildə bu rəqəm 30 min hektara düşüb. Bu il isə kartof əkini təxminən 20-25 min hektar arasında qərarlaşıb. Beləliklə, həm istehsalın azalması, həm də əlverişsiz hava şəraitinin yığıma təsiri qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub".
Ekspert qeyd etdi ki, qiymətin enib-enməməsi hava şəraitindən asılı olacaq, lakin yenidən bazarda ötənilki qiymətləri müşahidə etməyəcəyik:
"Sahibkarlar xaricdən gətirilən kartofu yalnız kiçik partiyalarla idxal edirlər. Bu, bazarda qiymətlərin kəskin şəkildə enməsi halında ziyana düşməmək üçün atılan addımdır. Ölkədə 2023-cü ildən qalan kartof ehtiyatı isə artıq mart ayında tükənib. Bu faktorlar da qiymətlərin eyni qalmasına təsir edir.
Azərbaycanda kartof və soğan ən çox tələbat olan məhsullardandır. Lakin bu məhsullar da yerli tələbatı tam şəkildə ödəyə bilmir. Məsələyə diqqət yetirsək görərik ki, ötən il kartof mart ayının sonunda bahalaşmağa başlamışdısa, bu il bahalaşma daha erkən - mart ayının əvvəlində müşahidə olunub. Bu da onu göstərir ki, ölkədə kartof bazarında tələb və təklif arasında balans tam təmin olunmur. Hava şəraitinin yaxşılaşacağı təqdirdə qiymətlərdə enmə müşahidə olunacaq. Lakin yenə də bu qiymətlər keçənilkindən baha olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 988 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr