Neftçalada qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydü

Neftçalada qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydüNeftçala Rayon Mərkəzi Xəstəxanasında insident olub.

Oxu.Az-ın məlumatına görə, xəstəxananın operatoru işləyən qadın öz rəfiqəsi tərəfindən döyülüb.

Qeyd olunur ki, Neftçala şəhərinin 20 yanvar küçəsində Ülkər adlı qadın ətir satışı ilə məşğul olub. Xəstəxananın statistika bölməsində operator vəzifəsində çalışan Cəmalə adlı qadın isə onunla rəfiqə olub. Cəmalə Ülkərin mağazasından nisyə ətirlər götürərək satıb sonradan pulunu ödəyirmiş .

Cəmalə sonuncu dəfə Ülkərdən 350 manat dəyərində ətirlər götürsə də, onların pulunu 4 ay ödəməyib. O, Ülkərlə razılaşıb ki, maddi vəziyyəti ilə əlaqədar ona hər ay 50 manat ödəyə biləcək. Ülkər də onunla razılaşıb.

Bir müddət sonra Cəmalə oğluna kiçik toy məclisi edib və Ülkəri də dəvət edib. Amma işlə əlaqədar Ülkər toya gələ bilməyib, buna görə Cəmalədən üzr də istəyib. Cəmalə isə onun üzrünü qəbul etməyib. Ülkər ona deyib ki, borclu olduğu 350 manatın 50 manatını oğlunun toyuna çıxsın.

Bir neçə gündən sonra Cəmalə sosial şəbəkələrdə Ülkəri təhqir etməyə başlayıb. Ülkər bu barədə ona dəfələrlə xəbərdarlıq etsə də, xəstəxana işçisi onun bu xəbərdarlığına məhəl qoymayıb.

Çarəsiz qalan Ülkər özü ilə bir nəfər qadın da götürüb xəstəxanaya, Cəmalənin iş yerinə gəlib və yanındakı qadına tapşırıb ki, Cəmalə ilə olan davasını videoya çəksin. Ülkər xəstəxananın giriş koridorunda Cəmalə ilə rastlaşıb və ondan etdiyi hərəkətin səbəbini soruşub. Cəmalə ona cavab vermədən getmək istəyəndə Ülkər Cəmalənin saçında tutub dəhlizdə sürüməyə, onu şillə və təpik zərbələri ilə vurmağa başlayıb. Mühafizəçilərin müdaxiləsindən sonra dava sakitləşdirilib və hadisə yerinə polis gəlib.

Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ülkər qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 729   Tarix: 18 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sehirli güclərə malik olduğunu deyib, ona inanan qızlara təcavüz etdi

London icmasından olan 54 yaşlı keçmiş imam dindarlara qarşı zorakılığa görə ömürlük həbs cəzasına məhkum edilib. xarici mediaya istinadən xəbər verir ki, şübhəli qəsdən ona hörmət duyulan və bütün sözlərinə etibar edilən çevrələrdən qızları seçib. O, zərərçəkənlərlə gizli yerlərdə və ya onların evlərind

18 may
.

Ailənin büdcəsini itirdi, evdə qalmaqal yaşandı - VİDEO

Çində baş verən ailədaxili münaqişə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərə görə, bir kişi həyat yoldaşının ailənin bütün büdcəsini böyük miqdarda gümüş külçəsinə yatıraraq zərərə uğratdığını öyrəndikdən sonra əsəbiləşib. Cütlük arasınd

21 may
.

Taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib - VİDEO

Türkiyənin Adana şəhərində taksi tətbiqi ilə sərnişin daşıyan sürücüyə bir qrup taksiçi hücum edib. türk mediasına istinadən xəbər verir ki, sürücü qadın sərnişini avtomobilə mindirdikdən sonra göstərilən ünvana doğru hərəkət edib. Onlar ara küçələrdən birinə daxil olduqları zaman çoxsaylı taksiçi avtomobillər

19 may
.

14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi

Şanlıurfaın Ceylanpınar rayonunda faciəvi hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, məktəbdə dostları ilə futbol oynayan 14 yaşlı 9-cu sinif şagirdi Menderes Durmuş qəfil özünü pis hiss edərək yerə yıxılıb. Müəllimlərin dərhal müdaxilə edərək ürək masajı etməsinə baxmayaraq

15 may
.

Cansız bədəni qaz borusundan asılmış vəziyyətdə tapıldı

Türkiyənin Zonguldak vilayətinin Karadəniz Ereğli rayonunda bir nəfər yaşadığı evdə ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, həmin şəxs axşam saatlarında dostları ilə birlikdə vaxt keçirdikdən sonra evinə qayıdıb. Səhər işə getməməsi yaxınlarının diqqətini çəkib. Bunda

21 may
.

Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü - FOTO

Tanınmış idmançı, "Lider" idman klubunun sahibi İlham Sərdarov vəfat edib. "Unikal"a istinadla xəbər verir ki, məşqdən sonra səhhəti pisləşən İ.Sərdarovun həyatını xilas etmək mümkün olmayıb. 55 yaşlı idmançının ürək çatışmazlığından öldüyü bildirilir

23 may
.

"Təcili yardım" maşınının açarı itdi, xəstə öldü

Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda infarkt keçirən Mehmet Kepirə müdaxilə zamanı təcili yardım maşınının açarı itdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində qəfildən halı pisləşərək yerə yıxılan Mehmet Kepir üçün ailəsi "112 Təcil

17 may
.

Sumqayıtda ağır qəza: ÖLƏN VAR

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb. "KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyə

16 may
.

Polis əməkdaşı onun xəyanətini tutan arvadını döyərək öldürüb - VİDEO

Filippinin Malolos şəhərində baş verən dəhşətli hadisə ölkədə böyük rezonans doğurub. xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşı həyat yoldaşı ilə yaşadığı mübahisə zamanı ona ağır xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. İddialara görə, qadı

21 may