Alkoqollu gənc şəhəri bir-birinə qatdı: Rəhbərini döyüb pulunu və avtomobilini ələ keçirdi - VİDEO

Alkoqollu gənc şəhəri bir-birinə qatdı: Rəhbərini döyüb pulunu və avtomobilini ələ keçirdi - VİDEOTürkiyənin Kırıkkale şəhərində bir gəncin törətdiyi hadisələr şəhərdə böyük həyəcan yaradıb. Hadisə dünən axşam saatlarında Gürler məhəlləsində baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, qadın salonu işlədən Y.T. (37), yeni işə götürdüyü M.Y. (21) ilə kafedə vaxt keçirdikdən sonra geri dönərkən avtomobildə mübahisə baş verib. Alkoqollu olduğu müəyyən edilən M.Y., rəhbəri Y.T.-ni döyərək cibindəki 19 min lirəni (təxminən 1.045 AZN) əlindən alıb. Daha sonra isə ona məxsus, üzərində saxta dövlət nömrə nişanı olan Peugeot markalı avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıb.

M.Y. Alparslan Türkeş Bulvarına çıxaraq, Dispanser döngəsində 71 S 0039 dövlət nömrə nişanlı məktəb servisinə çırpılıb. Nəticədə B.C.A., B.C., R.Z. və H.U. adlı şəxslər xəsarət alıb. Hadisə zamanı servis sürücüsü N.K. (60) avtomobildən endikdən sonra ikinci dəfə qəsb hadisəsi baş verib – M.Y. bu dəfə servis mikroavtobusunu qaçıraraq hadisə yerindən bir daha uzaqlaşıb.

Təxminən 4 kilometrlik təqibdən sonra M.Y. Otogar körpüsündə sükan arxasında nəzarəti itirərək qəza törədib və avtomobil aşıb. O, avtomobildən düşərək piyada qaçmağa çalışsa da, Asayiş Şöbəsinin əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Xəstəxanada aparılan yoxlama zamanı onun 1.30 promil alkoqollu olduğu müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alan 4 nəfər və qadın salonunun sahibi Y.T. xəstəxanada müalicə altına alınıb. Yaralıların vəziyyətlərinin stabil olduğu bildirilir. Eyni zamanda, park halında olan 7 avtomobilə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1403   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr
.

Bakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi

22 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Bakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis

23 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr