Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndi

Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndiDövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan Fransa vətəndaşı, iş adamı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda yerli və xarici media nümayəndələri, həmçinin bir neçə xarici səfirliyin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən şəxs Azad Məmmədli tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Fransa vətəndaşları Loran Lödi və Frederik Devosla Martin Ryan vasitəsilə bir neçə dəfə görüşüb:

"Məndən Rusiya ilə əlaqəm barədə soruşdular. Fransa səfirliyinin əməkdaşlarının verdiyi suallar müəyyən qədər şübhə yaratmışdı. Onlar mənə əməkdaşlıq təklif etdilər, lakin bu təklifləri qəti şəkildə rədd etdim. Təəssüf ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermədim. Həmin vaxt hər hansı bir təhlükə hiss etmədiyim üçün bu məsələni ciddi qəbul etmədim".

Azad Məmmədli ifadəsində əlavə edib ki, daha sonra başqa bir ölkəyə səfər edib. Loranla yalnız bir dəfə tədbirdə görüşüb və bu görüş də məhz Martin Ryan vasitəsilə baş tutub:

"Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşıdır və hazırda Fransa səfirliyinin təhlükəsizlik məsələlərinə cavabdeh şəxsdir. Onlar məndən geopolitik təhlil istəyirdilər, amma mən bu təklifdən imtina etdim. Martin səfirliyin əməkdaşları ilə səmimi söhbətlər edirdi. Bu münasibətlər məni də onlara yaxınlaşdırdı, sanki psixoloji bir üçbucaq quruldu. Ola bilər ki, bu, əvvəlcədən planlaşdırılmışdı".

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, səfirlik əməkdaşlarından bir dəfə Böyük Britaniyaya gedərkən kitab hədiyyə alıb:

"Kitab Britaniyanın görməli yerləri ilə bağlı idi və ittihama aidiyyəti yoxdur. Mən Fransa səfirliyindən heç bir maddi fayda əldə etməmişəm. Martin Ryanın mənə qarşı qurduğu oyunlarla bağlı bəyanat yayacağam".

Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndiO, əlavə edib ki, Frederik Devosla şəxsi münasibəti olmayıb və yalnız bir dəfə ona CV göndərib.

Prosesin növbəti hissəsində digər təqsirləndirilən şəxs - Martin Ryan Azad Məmmədlinin ifadələrinə münasibət bildirib:

"Mən Azadı heç kimlə agent kimi tanış etməmişəm. Devos 2021-ci ildə Rusiyanı yaxşı tanıyan bir nəfər axtarırdı. Azad da həmin vaxt iş axtarırdı. Mən onların tanışlığını təmin etdim. Devos heç vaxt mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Əgər mən agent olsaydım, bu işlərin təhlükəli olduğunu Azada deməzdim".

Azad Məmmədli ifadəsində daha sonra deyib ki, Martin Ryan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla hərbi təyinatlı məlumat ötürüb:

"Martin özü də etiraf edib ki, bu məlumatları verib. İlqar adlı iş adamı və əvvəllər hərbçi olmuş şəxs haqqında məlumatları da ötürüb. Onun şahmat müəllimi kimi fəaliyyəti və biznes fəaliyyəti sadəcə örtük idi. Əslində isə casusluqla məşğul olub".

Məmmədlinin sözlərinə görə, Fransa kəşfiyyat nümayəndələri ilə yazışmalar "Siqnal" tətbiqi vasitəsilə aparılıb. Onun sözlərinə görə, bu yazışmalar bir dəfə tədbir dəvəti üçün istifadə olunub və sonradan o, cavab verməyib. İstintaq zamanı öyrənib ki, Martinə pul Fransa kəşfiyyatı tərəfindən birbaşa verilməyib:

"Martin Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə tanış edilib və pul həmin şəxs vasitəsilə ötürülüb. Martin qısa müddətdə Bakının mərkəzində ikiotaqlı mənzil aldı. Pulun haradan gəldiyini soruşduqda, valideynlərinin göndərdiyini bildirdi. Bu da məndə şübhə oyatdı".
Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndiMəmmədli qeyd edib ki, bu cinayət işi sadəcə səfirlik və agentlər arasında olan üçbucaqdan ibarət deyil, daha geniş və qlobal xarakter daşıyır:

"Martin 50-yə yaxın hərbi təyinatlı məlumatı Fransa kəşfiyyatına ötürüb. Bu, bilə-bilə və məqsədyönlü şəkildə həyata keçirilib".

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs 18 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr