Kilosu 100 manata satılan məhsul 150 ailənin əsas dolanışıq mənbəyinə çevrilib - VİDEO

Kilosu 100 manata satılan məhsul 150 ailənin əsas dolanışıq mənbəyinə çevrilib - VİDEOTürkiyənin Batman vilayətinin Sason rayonunda 10 il əvvəl Aktaş ailəsinin təşəbbüsü ilə üç ailə tərəfindən başlayan ipəkqurdu yetişdiriciliyi bu gün artıq rayonda 150 ailənin əsas dolanışıq mənbəyinə çevrilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Karşıyaka və Dereköy kəndlərində ipəkqurdu saxlayan sakinlər məhsuldarlıqdan razılıq edirlər.

Rayona bu sahəni ilk olaraq gətirdiklərini bildirən Hasan Aktaş deyib ki, əvvəllər atalarının məşğul olduğu bu sənət zamanla unudulub: "Biz onu yenidən dirçəltmək istədik. İpəkqurdlarını əvvəlcə doğranmış tut yarpaqları ilə bəsləyirik. Böyüdükcə yarpaqları tam şəkildə, sonra isə budaqları ilə birlikdə qoyuruq. Təxminən 3 həftəlik bəsləmədən sonra 72 saatlıq ‘yuxu’ mərhələsinə keçirlər. Oyanandan sonra bir müddət daha bəsləyirik və 8 gün ərzində barama hörməyə başlayırlar. Baramalar tam hazır olduqdan sonra qurudulur və satışa təqdim olunur", - deyə o qeyd edib.

Aktaş qeyd edib ki, bu işə 10 il əvvəl 3 ailə ilə başlayıblar və dövlətin dəstəyi ilə genişlənib: "Bu iş zəhmət tələb edir, uşağa baxar kimi baxmaq lazımdır. Amma gəliri də yaxşıdır. Məsələn, 100 kilo barama əldə edən ailə 10 min manat, 150 kilo toplayanlar isə 15 min manat civarında gəlir əldə edə bilər. Qısa müddətdə yüksək qazanc əldə etmək mümkündür. Dəstək olunsa, daha da böyütmək niyyətindəyik", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1420   Tarix: 20 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr