Yanğın zamanı təşvişə düşən qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO
İstanbulun Esenyurt rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində Koza məhəlləsində yerləşən 11 mərtəbəli binanın 8-ci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün mənzili bürüyüb. Bu zaman mənzildə tək yaşayan 37 yaşlı E.D. adlı qadın dəhşət və təşviş içində özünü 8-ci mərtəbədən aşağı atıb.
Xilasedici heyətin açdığı təhlükəsizlik örtüyünün üzərinə düşən qadın ağır xəsarət alıb. Təcili tibbi yardım əməkdaşları ona yerində ilkin yardım göstərdikdən sonra qadını Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına çatdırıblar.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1828 Tarix: 20 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evdə qalsa oğurlanar dediyi qızıllarını bazarda oğurladılar - VİDEO
Türkiyənin Adana şəhərində bazara alış-verişə gedən suriyalı Meryem El Muhammed evdə oğurlanacağından ehtiyat etdiyi üçün özü ilə gəzdirdiyi 400 qram qızılı oğurlatdırıb. xəbər verir ki, Suriyadakı müharibədən qaçaraq 17 il əvvəl Adanaya köçən qadın ailəsi ilə birlikdə gələn ay vətəninə qayıtmağı planlaşdırırmış
3 iyulAğsuda çətənə kolu yetişdirən şəxs tutulub
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvanda
4 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulSürücüyə qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda yol hərəkəti zamanı mübahisə etdiyi sürücüyə qarşı nalayiq hərəkətlər edən M.K. polis əməkdaşları tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılan görüntülərindən sonra araşdırmalara başlayan poli
7 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyul