Yevlaxda azyaşlıya məcburi narkotik verildiyi iddia edilir - Anası danışdı
Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.
Ölkə.az xəbər verir ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.
O deyib: "Evə pis vəziyyətdə gəldi. Dedi ki, ana, ürəyim bulanır, başım gicəllənir. Yıxıldı, ürəyi getdi".
Gülmirə Əliyevanın sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb. Bu zaman uşaq huşunu itirib.
Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb.
Daha sonra uşaq həkimə aparılıb. Ailə həkiminin məsləhəti ilə zəhərlənməyə qarşı sistem köçürülüb.
Ananın sözlərinə görə, hazırda övladının ürəkbulanması və başgicəllənməsi var. İndiyə qədər uşaqda belə bir əlamətlərin olmadığı qeyd edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, hadisə barədə Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 20 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabr