Gecə öskürəyinin əsl səbəbi üzə çıxdı - Dişlərini udurmuş
İstanbulun Küçükçekmece rayonunda yaşayan 41 yaşlı E.Ö. gecə saatlarında şiddətli öskürək və nəfəs darlığı ilə yuxudan oyanaraq xəstəxanaya müraciət edib. Müayinələr nəticəsində kişinin iki implant dişini yatarkən udduğu və onların nəfəs yollarında ilişib qaldığı müəyyən olunub.
Milli.Az xəbər verir ki, hadisə ötən ay baş versə də, həkimlərin açıqlaması və bronxoskopiya görüntüləri bu günlərdə ictimaiyyətə təqdim olunub. E.Ö. səhər güzgüyə baxdığında ön iki dişinin yerində olmadığını görüb və təngnəfəslik hiss etdiyi üçün dərhal xəstəxanaya gedib. Bakırköydəki xəstəxanada aparılan görüntüləmələr zamanı sol bronxda yad cisim - dişlər - aşkar edilib.
Pasiyent daha sonra başqa xəstəxanaya köçürülüb. Burada dosent doktor Efsun Qonca Uğur Çounun rəhbərliyi ilə bronxoskopiya əməliyyatı icra olunub və implant dişlər uğurla çıxarılıb.
Dos. Dr. Çoun bildirib ki, tənəffüs yollarına yad cisim daxil olduqda xəstələr bunu bəzən hiss etməyə bilər: "Xəstələr nəfəs darlığı və öskürəklə müraciət edir, lakin problemin səbəbi yad cisim ola bilər. Əgər bu vəziyyət vaxtında müdaxilə olunmasa, tənəffüs yollarının ventilyasiyası pozula və ciddi ağırlaşmalar - hətta sətəlcəm və bronx genişlənməsi - baş verə bilər."
Mütəxəssislər, xüsusilə diş implantı və protez istifadə edən şəxslərə diqqətli olmağı, həmçinin yatarkən bu cür materiallara qarşı ehtiyat tədbirləri görməyi tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 651 Tarix: 20 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ
Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu
21 martQadınlar niyə ərlərindən BEZİRLƏR?
Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad
24 martOrxan Aslanovun evində yanğın - Video
Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. "Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başq
23 martYağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK
Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili
25 martQırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib. "Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. "Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığınd
23 martBakı metrosunda yeni QADAĞA
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala
21 mart