Sürücü işləmək istəyən qadınları SEVİNDİRƏCƏK XƏBƏR - Maaş 1460 manat

Sürücü işləmək istəyən qadınları SEVİNDİRƏCƏK XƏBƏR - Maaş 1460 manat"BakuBus" MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu prioritet istiqamət olaraq müəyyən edib və bu məqsəd istiqamətində əsaslı tədbirlər həyata keçirib. Eyni zamanda, gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzindədir".

Bu sözləri BAKU.WS-ə "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib.

Onun sözlərinə görə, şirkət bütün marşrutlar üzrə və say məhdudiyyəti olmadan qadın sürücüləri işə götürəcək:

"Bir neçə gün əvvəl rəsmi sosial media platformalarımızda "Qadınları Sükan Arxasına Dəvət edirik!" başlığı ilə paylaşdığımız vakansiya bu təşəbbüsümüzün ən vacib təzahürlərindəndir. Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək.

Bildiririk ki, işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmamışdır – D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində "BakuBus" MMC-nin istismarında olan bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər.

Artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Müraciət edən hər bir namizəd fərdi şəkildə dəvət olunaraq işə qəbul prosesi və prosedur qaydalarla ətraflı tanış ediləcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr