Nuranə qətldən 1 həftə əvvəl Seyidrəsuldan nikah tələb edibmiş
Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri- Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kürə atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.
Sonxeber.az "Oxu.az"a istinadən xəbər verir ki, bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında rəsmi nikaha görə mübahisə olub.
Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona, "Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz", - deyib.
16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib.
S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə Sabirabada, öz evinə gətirib.
Qeyd olunur ki, Nuranənin atası İlkin Ələkbərovun S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olduğu üçün qızını geri ala bilməyib. S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu "Mirmövsüm ağa" kimi tanıyır və hörmət edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2757 Tarix: 21 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr