Oktay Kaynarca Azərbaycanda millət vəkili olmaq istəyir - Bəs qanun nə deyir?
Türkiyəli aktyor Oktay Kaynarca Azərbaycandan millət vəkili seçilmək istəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, aktyor bu barədə "Biz-bizə" proqramında qonaq olarkən deyib:
"Azərbaycan mənim üçün xüsusilə önəmli bir yerdir. Oradakı maraq məni həqiqətən təəccübləndirir. Məni özlərindən görürlər. Bir müddətdən sonra mən də öyrəşdim. Axırda dedim, gedib Azərbaycanda millət vəkili olacağam".
Qanunvericilik nə deyir, Oqtay Kaynarca Azərbaycanda keçiriləcək parlament seçkilərində hansı halda namizədliyini irəli sürə bilər?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Oqtay Kaynarca öncə Türkiyə vətəndaşlığından imtina etməlidir:
"Azərbaycanda yaşamalı və Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Konstitusiyaya görə, seçkilərdə yalnız Azərbaycan vətəndaşı olan şəxslər iştirak edə və deputat seçilə bilərlər. Azərbaycan vətəndaşlığı qəbul ediləndən sonra seçkilərdə iştirak etməyin müddəti yoxdur. Yəni elə bu gün vətəndaşlığı əldə edib, növbəti seçkilərdə iştirak edə bilər. Başqa ölkənin vətəndaşı olub Azərbaycanda millət vəkili seçilmək Azərbaycan Konstitusiyasına görə mümkin deyil. Əsas şərt ondan ibarətdir ki, seçkiyə qatılan namizədin ikili vətəndaşlığı olmasın".
Siyasi şərhçi Oqtay Kaynarcanın bu arzusunu Azərbaycanı çox sevdiyi ilə əlaqələndirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1962 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr