Boris Consonun 9-cu övladı dünyaya gəlib
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun 9-cu övladı anadan olub.
Oxu.Az xəbər verir ki, siyasətçinin hazırkı həyat yoldaşı Kerri dördüncü dəfə körpə dünyaya gətirib.
Mayın 24-ü axşam saatlarında Kerri Conson qızının doğulması ilə bağlı "Instagram"da paylaşım edib. Məlum olub ki, qıza Poppi Eliza Cozefina Conson və ya qısaca Pops adı verilib.
59 yaşlı keçmiş baş nazir və onun 35 yaşlı həyat yoldaşının artıq 4 övladı var. 1993-cü ildən 2018-ci ilə qədər Marina Uiler ilə evli olub. Consonun bu evlilikdən dörd övladı var. 2009-cu ildə siyasətçi London meri olarkən onun sənətşünas Helen Makintayr ilə münasibətindən isə bir qızı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 584 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq
Ukrayna üçün danışıqlarda ərazi məsələsi ilə bağlı yeganə ədalətli mövqe "durduğumuz yerdə dayanırıq" prinsipidir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü jurnalistlərlə onlayn ünsiyyət zamanı bildirib. O izah edib ki, hazırkı cəbhə xəttind
21 dekabrKİV: Pentaqon ardıcıl səkkizinci ildir auditdən keçə bilmir
ABŞ-nin Müharibə Nazirliyi ardıcıl səkkizinci dəfə auditdən keçə bilməyib. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Müharibə naziri Pit Heqsetin sözlərinə görə, Pentaqon onilliklərdir davam edən münaqişələr, hərbi-sənaye bazasına laqeyd yanaşma və nəzarətsiz xərclər səbəbindən arta
21 dekabr"Killer" tutub valideynlərini öldürtdü: mirasa görə
ABŞ-ın Nyu-Meksiko ştatında miras məqsədilə törədilmiş amansız qətldə ittiham olunan iki gənc saxlanılıb. xarici mediaya istinadla bildirir ki, 19 yaşlı Darren Munyos 58 yaşlı atası Oskar Munyosu və 71 yaşlı ögey anası Dinanı öldürmək üçün 18 yaşlı dostu Xulio Zamoranı muzdla tutmaqda şübhəli bilinir
21 dekabrRusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib. "Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib
20 dekabrPortuqaliya Ukraynanın Enerji Fonduna dəstək üçün 600 min avro ayıracaq
Portuqaliyanın Baş naziri Luiş Montenerqu ölkəsinin Ukraynanı dəstəkləmək üçün Enerji Fonduna ilk töhfə olaraq 600 min avro ayıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X"də paylaşım edib. Sviridenko qeyd edib ki, Portuqaliyanı
21 dekabr