Bakının mərkəzində ilanların peyda olmasının səbəbi nədir?
Bakı şəhəri, Günəşli qəsəbəsində yolun ortasında ilan peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər.
Hadisə zamanı ərazidə olan vətəndaşlar qorxu içində qalıb.
Ümumiyyətlə son günlər Bakıda ilanlara daha tez-tez rast gəlinir və bu da insanların ciddi narahatlığına səbəb olur.
Məsələ ilə bağlı AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov BAKU.WS-ə açıqlamasında bildirib ki, ilanlar da digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:
"Onlar soyuq aylarda qışlamaya gedirlər. Ancaq isti havalarda onlar yem axtarmaq məqsədilə ətraf ərazilərə səpələnirlər. Bu səbəbdən onlar insanların yaşadığı ərazilərə yaxınlaşırlar. Onlar bu aylarda 24 saat ərzində aktiv olurlar. Onların ətraf ərazilərə yayılması üçün bir neçə şərt də var. Birincisi, onların yemləndiyi qidalar bizim yaşadığımız ərazilərdə olur. İkincisi, ilanlar o yerə gedirlər ki, orada giriş-çıxış olmasın. Yəni, gizlənmələri üçün yer olsun. Üçüncü şərt həmin ərazidə səs-küy olmasın. Aprel-may ayları ilanların ən çox hərəkətdə olduğu vaxtdır, çünki bu havalar çox da isti olmur, əksinə onlar üçün əlverişli sayılır.
İlanların daha çox görünmələrinin səbəblərindən biri də bir ərazidə yaşayan insanlarının sayının dayanmadan artmasıdır. Havalar tam istiləndikdən sonra isə ilanlar daha passiv olur, sərin yerə çəkilirlər.
İlanla qarşılaşdıqda ona yaxınlaşmamaq və ani hərəkətlər etməmək tövsiyə olunur. Ərazi dərhal tərk edilməli və müvafiq qurumlara məlumat verilməlidir. Xüsusilə uşaqların və ev heyvanlarının ilandan uzaq tutulması vacibdir."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1365 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabr