Trampın teatr gecəsi etirazlarla kölgələndi

Trampın teatr gecəsi etirazlarla kölgələndiABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə Vaşinqtondakı məşhur Kennedi Mərkəzində nümayiş olunan Les Misérables (Səfillər) musiqili tamaşasına qatılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, lakin Trampın tədbirdə iştirak edəcəyini öyrənən bəzi aktyorlar səhnəyə çıxmaqdan imtina edərək diqqətçəkən bir etiraz aksiyasına imza atıblar.

Prezident Trampın sevdiyi musiqillərdən biri olan Les Misérablesin açılış gecəsində iştirak etməsi, bir sıra sənətçilər tərəfindən narazılıqla qarşılanıb. Aktyorlar, Trampın siyasətini, xüsusilə də mədəniyyət və incəsənət sahələrinə müdaxilələrini etirazla qarşılayaraq tədbirdə yer almayacaqlarını açıqlayıblar.

Lakin Tramp bu etirazlara əhəmiyyət vermədiyini bildirib. Zərif qara smokinqdə salona daxil olan prezident, jurnalistlərə verdiyi qısa açıqlamada, "Heç vecimə deyil. Mən yalnız ölkəni yaxşı idarə etməyə fokuslanmışam," – deyə bildirib. Melaniya Tramp isə gecəyə qolsuz, zərif, qara paltarı və gümüş rəngli hündürdaban ayaqqabıları ilə qatılıb.

Xatırladaq ki, Tramp fevral ayında Kennedi Mərkəzinin rəhbərliyinə özünü təyin etmiş, mərkəzin "pis vəziyyətdə" olduğunu deyərək genişmiqyaslı bərpa işləri vəd etmişdi. Bu tədbir həmin təyinatdan sonra mərkəzə etdiyi ilk rəsmi səfər olub.

Prezidentin mədəniyyət sahəsində həyata keçirdiyi dəyişikliklər də mübahisələrə səbəb olub. Xüsusilə, əvvəlki rəhbərliyi vəzifədən kənarlaşdıraraq, öz təyin etdiyi yeni komanda vasitəsilə mərkəzi yenidən formalaşdırması sənət camiəsində kəskin tənqidlərə yol açıb. Tramp, əvvəlki rəhbərliyin gəncləri hədəf alan "drag şoularına" icazə verdiyini iddia etmişdi.

Trampın mədəniyyət siyasətinə qarşı çıxan təkcə aktyorlar olmayıb. Açılış gecəsinə bəziləri "drag" sənətçisi olan tamaşaçılar da qatılaraq etirazlarını davam etdiriblər. Sosial mediada yayılan görüntülərdə, bu sənətçilərin salona daxil olarkən bəzi izləyicilər tərəfindən alqışlandığı görünür.

Təntənəli gecədə ümumilikdə 10 milyon dollar ianə toplanıb. Tədbirdə ABŞ vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens də iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1061   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr