Abbas Əraqçı: "ABŞ hərbçiləri İrana hücum etməkdə İsrailə köməklik göstəriblər"
"Tehranın əlində Yaxın Şərqdəki ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə zərbələr endirməkdə İsraili dəstəklədiyinə dair dəlillər var".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda əcnəbi diplomatlarla görüşündə deyib.
Onun sözlərinə görə, İsrailin İrana qarşı təcavüzü ABŞ-nin razılığı və dəstəyi olmadan həyata keçirilə bilməzdi:
"Birləşmiş Ştatlar İrana qarşı hücumların şərikidir və məsuliyyəti öz üzərinə götürməlidir".
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazmışdı ki, İsrailin İrana son hücumunda Vaşinqtonun əli yoxdur.
O, əlavə edib ki, əgər İran ABŞ-yə hər hansı bir şəkildə hücum edərsə, Amerika Silahlı Qüvvələrinin bütün qüdrəti "əvvəllər heç vaxt görünməmiş miqyasda" onun üzərinə hücum çəkəcək.
Əraqçı Trampın bəyanatlarına cavab olaraq söyləyib:
"Son iki gün ərzində müxtəlif kanallar vasitəsilə ABŞ-dən onların bu hücumda iştirak etmədikləri və iştirak etməyəcəkləri barədə təminatlar almışıq. Biz bu bəyanatlara inanmırıq, çünki əlimizdə olan dəlillər bunun əksini göstərir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 946 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-nin iki hərbi qulluqçu həlak olub. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur. "İyulu
19 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulİranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulMacarıstan prezidenti vəzifədən uzaqlaşdırıldı: Yerinə kim gəldi?
Macarıstan Prezidenti Tamaş Şuyok vəzifəsindən uzaqlaşdırılıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin sədri Aqneş Forsthoffer icra edəcək. xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Madyar milli televiziya kanallarında videomüraciət yayıb. O bildirib ki, Tamaş Şuyok parlamentin qəbul etdiy
19 iyul