Canlı yayımda törətdiyi qətli etiraf etdi, həbs olundu
Konyada toylarda xüsusi libas geyinərək Nəsrəddin Hoca obrazını canlandıran və aprelin 1-dən itkin düşən 62 yaşlı Mehmet Turalı tapmaq üçün anası televiziya proqramına çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Konyanın Akşehir rayonunun Doğrugöz məhəlləsində baş verib. Belə ki, Mehmet Tural (62) aprelin 1-də yoxa çıxıb. Turaldan xəbər ala bilməyən qohumları onun itkin düşməsi haqqında polisə ərizə verib. Həmin vaxt polis qruplarının apardığı əməliyyatlarda Turalın izinə rast gəlinməyib.
Turalın anası Məlahət Tural da oğlunu tapmaq üçün televiziya proqramında iştirak edib. Bu vaxt Akşehir Respublika Prokurorluğu Turalı tapmaq üçün Konya İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Cinayət Büro Komandirliyinə bağlı qrupları təyin edib.
İstintaq davam edərkən, Turalın sosial şəbəkədə tanış olduğu qadına evlənmək vədi ilə təxminən 200 min TL və 160 min TL dəyərində qızıl göndərdiyi, daha sonra isə özünü "kəşfiyyatçı" kimi təqdim edən Kənan Yılmazdan (32) kömək istədiyi müəyyən edilib.
Televiziya proqramında canlı yayıma Kənan Yılmaz da qatılıb.
Günlərdir televiziya proqramında canlı yayımlara qatılan və Turalı öldürmədiyini deyən Kənan Yılmaz bu gün cinayətini etiraf edib. Yılmaz canlı yayımda çıxışında bunları belə izah edib: "Hadisə günü mənə zəng edəndə axşam saat 17:00 radələri idi. Onu avtovağzaldan götürdüm. Bir obyektdə şorba içdik. Sonra kəndimizdəki (Dəğirmen Köyü) çeşmənin başına gəldik. O mənə dedi ki, pul göndərdiyi qadının haqqında heç bir şey bilmir. Sadəcə şəklini görüb. Sonra birdən silahını çıxardı və mənə doğrultdu. Bunu niyə etdiyini bilmirəm. İtirəcək heç nəyim qalmayıb demişdi. Sonra özümü müdafiə etmək üçün silahını ona tərəf çevirdim və atəş açıldı"
Polis dərhal Kenanı canlı yayımda nəzarətə alınıb.
Mərhumun meyiti Kenanın dediyi yerdən tapılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1312 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrHəyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabr