BMT Baş katibi ABŞ-nin İrana zərbələrini "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" adlandırıb

BMT Baş katibi ABŞ-nin İrana zərbələrini "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" adlandırıbBMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" adlandırıb.

"Report" xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

"Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir", – Quterriş qeyd edib.

Onun sözlərinə görə, münaqişənin nəzarətdə çıxmasının riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.

"Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir.

Hərbi həll yolu yoxdur.

Yeganə yol diplomatiyadır.

Yeganə ümid sülhdür", – dünya təşkilatının lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası "Fordo nüvə obyektinin ərazisinin" hücuma məruz qaldığını etiraf etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 632   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər

İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir. Qaynarinfo xəbər verir ki, qlobal iqli

10 iyun
.

Təşviş pozuntusu sadəcə əlamət deyil: Problemin əsl səbəbləri

Təşviş pozuntusu psixoloqlara müraciət etmək üçün ən çox yayılan səbəblərdən biri olaraq qalsa da, bir çoxları hələ də bununla təkbaşına mübarizə aparmağa çalışır. Bəs nəfəs məşqləri niyə bu problemi kökündən həll etmir?. xəbər verir ki, bu barədə -ya psixoloq Natalya Danilova məlumat verib. O bildiri

13 iyun
.

Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO

Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub. -ın Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib. İddialara əsasən

13 iyun
.

İran millisinin məşq bazasının yanında cəsəd tapıldı

İran milli komandasının Meksikanın Tiyuana şəhərindəki təlim-məşq bazasının yaxınlığında cəsəd aşkar olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, cəsəd supermarket dayanacağında olan avtomobilin baqajında tapılıb. Meksika prokurorluğu cəsədin qara torbaya büküldüyünü və zorakılıq əlamətləri olduğun

13 iyun
.

Bu ölkə adını dəyişir

Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru müstəmləkə dövründən qalan izlərdən uzaqlaşmaq və milli kimliyini gücləndirmək məqsədilə rəsmi adını dəyişdirməyə hazırlaşır. "Qafqazinfo" xəbər verir ki, ölkə rəhbərliyi dövlətin bundan sonra yerli dildəki adı ola

11 iyun
.

"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır

"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib. "Ləğv edilmi

13 iyun
.

Pullarını saymaq üçün 31 min 700 il lazımdır

"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhən

13 iyun
.

UKMTO: Oman sahillərində tanker zədələnib

Oman sahillərində tanker naməlum mərmi ilə vurulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib. Mərmi gəminin burun hissəsinə dəyib. "Ekipaj zərər çəkməyib və ətra

13 iyun
.

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda baş verən faciəvi hadisə ictimaiyyətin diqqətini çəkib. xəbər verir ki, 1 yaşlı körpə ehtiyatsızlıq nəticəsində tualet çuxuruna düşüb. Hadisə dərhal ətrafdakı şəxslər tərəfindən bildirilib və əraziyə xilasedicilər ilə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xilasedicilər uşağın təhlükəsi

13 iyun