Tramp: ABŞ nüvə bombasını Tehranın əlindən aldı
ABŞ İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı.
"Report" xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp "Truth Social"da paylaşımında bildirib.
"Dünən biz bombanı onların əlindən alaraq, təsirli bir hərbi uğur əldə etdik. Onlar bacarsaydı, bundan istifadə edərdilər!. Dünənki hücum Vaşinqton üçün tam və mütləq qələbə idi", - deyə o bildirib.
Tramp Amerikanın İrana zərbələrini ölkə konstitusiyasının pozulması adlandıran ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massini kəskin tənqid edib. Prezident respublikaçıların praymerizlərində partiya yoldaşının rəqibini dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, cari ilin mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib ki, ölkənin kəşfiyyat orqanları Tehranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut görmürlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1077 Tarix: 22 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə
14 dekabrHonkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
14 dekabrBMT Baş katibi Sidneydə törədilən terror aktını pisləyib
BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib. "Report" xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb. "Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilə
14 dekabrUkraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı
14 dekabrBəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir. "Report" "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. "Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İran
14 dekabr