Bıçaqlı davadan qaçarkən avtobusun altında qaldı - VİDEO

Bıçaqlı davadan qaçarkən avtobusun altında qaldı - VİDEOMardin vilayətinin Midyat rayonunda dəhşətli hadisə baş verib. Mərkəzə bağlı Cümhuriyyət Bulvarında yerləşən bir iş yerinin sahibi ilə orada çalışanlar arasında hələlik naməlum səbəbdən bıçaqlı dava düşüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisənin ortasında qalan İnfaz Mühafizə Məmuru Faruk Akış davadan qaçmaq istəyərkən tarazlığını itirərək yola yıxılıb. Elə bu anda sürücüsü və dövlət nömrə nişanı hələlik müəyyən olunmayan bir avtobus onun üzərindən keçib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır yaralanan Akışa ilkin tibbi yardım göstərilsə də, o, aparıldığı Midyat Dövlət Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Hadisə anı ətrafdakı bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Faruk Akışın cənazəsi tibbi ekspertizadan sonra dəfn edilib. Avtobus sürücüsü saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1007   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram təmizliyi faciə ilə nəticələndi: 5-ci mərtəbədən yıxılan qadın öldü

43 yaşlı Nesrin Uğurel bayram təmizliyi zamanı yaşadığı binanın 5-ci mərtəbəsində pəncərə silərkən yıxılıb. xəbər verir ki, ağır xəsarət alan qadın hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq həyatını itirib. Məlumata görə, hadisə zamanı evdə tək olan qadının pəncərədə

22 may
.

Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı - Məhkəmə başlayır

Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi haki

23 may
.

Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü - FOTO

Tanınmış idmançı, "Lider" idman klubunun sahibi İlham Sərdarov vəfat edib. "Unikal"a istinadla xəbər verir ki, məşqdən sonra səhhəti pisləşən İ.Sərdarovun həyatını xilas etmək mümkün olmayıb. 55 yaşlı idmançının ürək çatışmazlığından öldüyü bildirilir

23 may
.

Parkda dəhşətli hadisə:18 yaşlı qız ölü tapıldı

Türkiyənin Malatya şəhərində bir parkda 18 yaşlı gənc qız ölü halda tapılıb. Hadisə səhər saatlarında gəzintiyə çıxan vətəndaşların diqqətini çəkib. türk mediasına istinadən xəbər verir ki, park ərazisindəki kölgəlikdə bir şəxsi hərəkətsiz vəziyyətdə görən sakinlər dərhal təcili yardım və polisə məluma

20 may
.

Ayrıldığı sevgilisi evə basqın etdi: Qadın eyvandan tullanaraq xilas olmağa çalışdı - VİDEO

Türkiyənin Aksaray şəhərində qadının yaşadığı evə basqın edən keçmiş sevgilisi qorxu dolu anların yaşanmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, qadının ayrıldığı kişi onun yaşadığı mənzilə gəlib. Panikaya düşən qadın canını qurtarmaq üçün binanın 2-ci mərtəbəsində yerləşə

21 may
.

TikTok qalmaqalları səngimək bilmir: Canlı yayım zamanı həyat yoldaşını döydü - VİDEO

Denizlidə bir şəxs TikTok üzərindən açdığı canlı yayım zamanı həyat yoldaşına qarşı zorakılıq edib. Hadisə anbaan kameraya düşüb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. türk mediasına istinadən xəbər verir ki, kadrlarda kişinin həyat yoldaşını döydüyü, buna baxmayaraq canlı yayım

18 may
.

Sumqayıtda ağır qəza: ÖLƏN VAR

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb. "KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyə

16 may
.

Ailənin büdcəsini itirdi, evdə qalmaqal yaşandı - VİDEO

Çində baş verən ailədaxili münaqişə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərə görə, bir kişi həyat yoldaşının ailənin bütün büdcəsini böyük miqdarda gümüş külçəsinə yatıraraq zərərə uğratdığını öyrəndikdən sonra əsəbiləşib. Cütlük arasınd

21 may
.

Sosial şəbəkələrdə viral olan yarış: Tullanışları hər kəsi təəccübləndirdi - VİDEO

Keniyada keçirilən hündürlüyə tullanma yarışında idmançıların performansı izləyənləri heyrətə gətirib. türk mediasına istinadən xəbər verir ki, yarış zamanı iştirakçılar heç bir xüsusi avadanlıqdan istifadə etmədən təxminən 2,5 metr hündürlükdə yerləşdirilən çubuğu rahatlıqla keçiblər. İdmançıların ad

18 may