Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI

Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADITəxminən on il əvvəl Ancelina Coli ilə ayrılan Bred Pitt nəhayət bunun əsl səbəbini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, ailədən getmək qərarına onun alkoqol asılılığı və sonradan bu asılılıqla mübarizəsi təsir edib.

Pitt etiraf edib ki, alkoqol asılılığından əziyyət çəkib və bu dağıdıcı vərdişdən xilas olmaq üçün Anonim Alkoqoliklər (AA) klubuna üzv olub.

Bu cür proqramlar ABŞ-da olduqca məşhurdur: onlar qrup görüşləri şəklində keçirilir, iştirakçılar anonim qalmaqla öz asılılıqları və bu yoldakı mübarizələri barədə açıq danışırlar. Beləliklə, onlar həm digər asılı şəxslərdən, həm də onlara kömək edən mentorlardan dəstək alırlar.

Bred Pitt Anonim Alkoqoliklərin görüşlərinə boşandıqdan bir il yarım sonra getməyə başlayıb və onun sözlərinə görə, bu təcrübə ona "yenidən doğulmaq" və yalnız özünə deyil, ümumilikdə həyata fərqli baxmaq imkanı verib.

Pitt bildirib ki, ətrafındakı insanların bu qədər açıq olması onu "ilhamlandırıb".

"Bu mənə sadəcə inanılmaz gəldi: kişilər təcrübələrini, qüsurlarını, səhvlərini, arzularını, ağrılarını bölüşür, üstəlik zarafat edirlər, gülürlər", - aktyor bildirib.

Pitt həmçinin əlavə edib ki, bu qrupda digər asılı şəxslərlə ünsiyyət ona başa salıb ki, kişilər də öz problemləri haqqında utanmadan danışa bilərlər, halbuki o və onun ətrafı əvvəllər hər zaman "hər şey əladır" kimi göstərməyə çalışır, zəif tərəflərini gizlədirdilər.

Bred Pittin alkoqol asılılığı barədə ilk dəfə danışması 2019-cu ilə təsadüf edir.
O zaman aktyor bir müsahibəsində pərəstişkarlarını təəccübləndirərək etiraf etmişdi ki, "nə versəydilər, qəbul edirdi", həmçinin alkoqola meylli olmasının ailəsi ilə münasibətlərinə mənfi təsir etdiyini, hətta onu bəzən zorakılığa da sövq etdiyini bildirmişdi.

Bu fakt Ancelina Colinin 2016-cı ildə boşanma zamanı məhkəməyə təqdim etdiyi sənədlərlə də təsdiqlənmişdi. Həmin sənədlərdə Pittin həm ona, həm də uşaqlarına qarşı fiziki zorakılıq göstərdiyi qeyd olunurdu. Rəsmi boşanma isə yalnız 2019-cu ildə baş tutub.

Aktyorun sözlərinə görə, o, hələ də uşaqları ilə əlaqə qura bilməyib və bu istiqamətdə atdığı addımlar nəticə verməyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 687   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Berat Mert Demir Bakıya gəlir!

Türkiyənin sevilən sənətçisi və enerjisi ilə dünya səhnələrinin diqqət mərkəzində olan Berat Mert Demir, çoxsaylı istəklərə əsasən yenidən Bakıya gəlir!. Bu dəfə o, dənizə 0 km məsafədə qurulacaq möhtəşəm böyük səhnədə, Sea Breeze White Beach-də sevənləri ilə görüşəcək. Dəniz mənzərəsi, açıq hava atmosferi

30 iyun
.

"Nilay" getsə, serial bitə bilər

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turqut layihədə "Nilay" obrazını canlandıran Feyza Civelekin serialdan ayrılması ehtimalı ilə bağlı açıqlamalar verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, prodüser Fatih Altaylının yutub kanalında yayımlana

28 iyun
.

Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)

Müğənni Natavan Həbibi çıxış etdiyi tədbirdə yaşanan görüntülərlə sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, istirahət məkanlarından birində təşkil olunan proqram zamanı sənətçinin səhnə performansı və xüsusilə rəqqasələrinin geyim tərzi internet istifadəçilərinin diqqətini cəlb edib. Qısa müddətd

30 iyun
.

Türkiyəli aktyorun açıqlaması mübahisə doğurdu

Türkiyəli aktyor Halil Ergün qatıldığı YouTube proqramında səsləndirdiyi fikirlərlə ictimai müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, özünü "Cümhuriyyətçi" kimi təqdim edən Ergün, Atatürkçülük anlayışına münasibətini açıqlayarkən diqqətçəkən ifadələr işlədib. Aktyo

25 iyun
.

Əməkdar artist xəstəxanaya yerləşdirildi - Əməliyyat olunacaq

Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb. Bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib. Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir. "Mədə-bağırsaq sistem

25 iyun
.

"Səni belə ölüm-dirim savaşı verən halda görəcəyimə inanmazdım"

Rəqqasə Fatimə Fətəliyeva anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi anası Səkinə xanıma ünvanladığı sözlərlə onun bir müddət əvvəl ağır xəstəlik keçirdiyini və sağaldığı yazıb. Fatimə həmin günləri həyatının ən çətin sınağı adlandırıb. "Səni bu qədər halsız, ölüm-diri

27 iyun
.

İkardi bütün gecə yalvardı, barışdılar: son paylaşımı ajiotaj yaratdı

Argentina mətbuatında yer alan iddialara görə, Mauro İkardi ilə Çina Suaresin münasibətləri aralarında paylaşılan flört mesajları səbəbindən qırılma nöqtəsinə çatıb. Bildirilir ki, Suares münasibətlərə son qoymaq qərarına gəlib, İkardi isə gecəni barışmağa çalışıb və cütlük sonda yenidən bir araya gəlib

3 iyul
.

İbrahim Tatlısəsin son halı

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin müalicə aldığı Ankara Bilkent Şəhər Xəstəxanasından yeni fotosu paylaşılıb. xəbər verir ki, əməliyyatdan sonra fiziki reabilitasiya müalicəsinə başlayan sənətçi xəstəxananın həyətində görüntülənib. Paylaşılan fotoda İbrahim Tatlısəsin olduqca şən və yüksə

3 iyul
.

Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü - FOTO

Sosial şəbəkələrdə 63 yaşlı rusiyalı müğənni, Xalq artisti Qriqori Lepsin yeni fotosu müzakirə olunur. xəbər verir ki, izləyicilər onun yaxın vaxtlarda plastik əməliyyat etdirdiyini düşünürlər. "Lepsə üzgərmə əməliyyatı ediblər? Şişlik keçəcək və əla olacaq", "Qriqori Viktoroviç yaxş

28 iyun