Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər.
Bu barədə APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib.
O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb:
"Bizim evə basqın edib atamı aparıblar, onda mən evdə olmamışam. Atamgili səhərüzü saat 5-də aparmışdılar. Günorta saat 2-də işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafeninin mühafizəçisinin gözündən vurublar, indi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə... Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik".
Elgiz Səfərov qeyd edib ki, "maskalılar"ın ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub:
"Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər".
Elgiz Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər:
"Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan "dubinka" ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər".
E. Səfərov əmilərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı, qabırğalarının sındırıldığını söyləyib.
E. Səfərov atası və əmilərinin 2001-ci ildə başqa bir azərbaycanlının qətlində şübhəli bilindiklərinə görə saxlanıldığını qeyd edib:
"Mən həmin vaxt öldürülən azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2276 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabr