Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: Kreml Bakıdan üzr istəməlidir!

Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: Kreml Bakıdan üzr istəməlidir!İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər iki ölkə arasında növbəti diplomatik gərginliyə səbəb olmaqdadır.

Belə ki, ötən gün səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq bildirib ki, rəsmi Bakı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə edir. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib. "Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə aparılan istintaq çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

Müxtəlif mənbələrin yaydığı məlumata görə, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıları Ukrayna ilə müharibəyə qoşulmağa məcbur edib. Həmçinin qeyd olunur ki, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Zaxarovanın dediklərindən belə məlum olur ki, əməliyyat özbaşına keçirilməyib. Yəni hakimiyyət baş verənlərdən xəbərdardır. Həmçinin nazirlik sözçüsü bu açıqlama ilə sanki Rusiyanın addımlarına bəraət qazandırmağa çalışıb. Əslində dövlətçilik maraqları baxımından bu, normaldır. Lakin onu da nəzərə almaq lazımdır ki, belə addımlar, habelə fikri əsas məsələdən yayındırmaq cəhdləri ikitərəfli diplomatik münasibətlərə zərbə vurur.

Xatırlatmaq yerinə düşər ki, 2024-cü ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulması məsələsi də tərəflər arasında ciddi diplomatik ziddiyyətə səbəb olmuşdu. Bundan sonra Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevdən üzr istəməsi ilə iki ölkə arasında "sular qismən durulmuşdu".

Budəfəki hadisə ilə bağlı rəsmi Moskva ən qısa zaman cidd izahat verib üzr istəməsə, tərəflər arasında yenidən diplomatik böhran başlana bilər. Bu isə indiki anda Kremlə sərf etmir.

Nəzərə almaq lazımdır ki, təhlükəsizlik xidmətinin ali rəhbərin xəbəri, icazəsi, yaxud da təlimatı olmadan belə bir addım atması mümkün deyil. Xüsusilə Rusiya kimi ölkədə. Deməli, ya prosesə şəxsən Kreml rəhbəri Vladimir Putin özü nəzarət edir, ya Rusiyada elə vəziyyət yaranıb ki, artıq təhlükəsizlik qüvvələri istədikləri kimi davranır, iqtidarı görməzdən gəlir. İkinci variant rəsmi Moskva üçün utancdır.

Ümumiyyətlə, Rusiyada xeyli müddətdir ki, müxtəlif azsaylı millətlərə, o cümlədən özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı şovinist addımlar atılır. Çox güman ki, məhz qeyd etdiyimiz kimidir: Bu islamofob siyasətin başında müxtəlif yerlərdə, o cümlədən Ukraynada asanlıqla "daşı daş, hətta "başı baş" üstündə qoymayan Rusiya hakimiyyəti dayanır. Görünür, artıq növbə azərbaycanlılara çatıb.

Ümumiyyətlə, bu ritorika Rusiyanın ənənəvi imperialist siyasətidir. İndi Putin həmin siyasəti davam etdirir. Əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdlr.

Bildirək ki, SSRİ parçalanandan sonra Rusiyada şovinizm və islamofobiya ən yüksək həddə çatıb. Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir.

Xüsusilə qeyd etmək yerinə düşər ki, 1990-cı illərdə digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən "skinhed" hərəkatının arxasında Rusiya xüsusi xidmət orqanları dururdu. Bu gün heç "skinhedlər"ə də ehtiyac yoxdur. Çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları daha qəddar və açıq formada həyata keçirirlər. Bu, humanizmdən dəm vuran Rusiya dövlətinin, rus xalqınln faciəsidir.

Bütün bu proseslərdə Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq mühafizə orqanlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır.

Rusiyanın atdığı bu addım nə beynəlxalq hüquqa, nə də insanlığa uyğun gəlir. Belə ki, hətta özünün qəddarlığı ilə seçilən SSRİ rəhbəri İosif Stalinin dövründə adamları küçədə, evində güllələmirdilər, işgəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr var idi. Hazırda Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur.

Bu gün Azərbaycana qarşı atılan bu tarixi həqiqətləri bir daha xatırlamağımızı və xatırlatmağımızı zəruri edir: 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında Rusiya durub.

İndi tədricən bütün sivil dünyadan təcrid olunan, özünün qeyri-adekvat siyasəti və insanlığa sığmayan hərəkətləri ilə yavaş-yavaş bütün dost və müttəfiqlərini itirən rəsmi Moskva hansı məntiqlə Bakıya qarşı belə qeyri-dost hərəkətlər edir? Bilinmir. Görünən budur ki, Rusiya ən ali səviyyədə bu addımlarına görə cavab verməlidir.(report.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1876   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

27 Sentyabr - Vətən müharibəsinin başlanğıcından Anım Gününə: Tarixin yaddaşında yaşayan qəhrəmanlıq

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizənin başlanğıcını xatırladır. Hər il 27 Sentyabrın Anım Günü kim

21 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr