Şahzadənin oğlu 23 cinayətdə ittiham olunur

Şahzadənin oğlu 23 cinayətdə ittiham olunurNorveç şahzadəsi Mette-Maritin 28 yaşlı oğlu Marius Borq Heybi əsasən zorakılıq və cinsi təcavüz olmaqla 23 müxtəlif cinayət ittihamı ilə məsuliyyətə cəlb edilib.

Axşam.az xəbər verir ki, bu barədə Oslo polisi mıəlumat yayıb.

Heybinin hüquq-mühafizə orqanları ilə problemi 2024-cü ilin avqust ayında başlayıb. Heybi o zaman Oslo şəhərində bir qadına qarşı zorakılıq törətməkdə ittiham edilərək saxlanılıb. Polis həmin qadının evində divara sancılmış bıçaq aşkar edib.

Daha sonra Heybi qadağa qoyulmuş şəxslə əlaqə saxladığı üçün sentyabrda yenidən həbs olunub. O, əvvəlki iş üzrə adı keçən qadınla avtomobildə görüşərkən yaxalanıb.

Prokurorluqdan verilən məlumata görə, Heybi 1 zorlama, 2 cinsi əlaqəsiz zorlama. 4 cinsi təcavüz halı, 1 məişət zorakılığı, 2 bədən xəsarəti yetirmə, 1 əmlaka qəsdən zərər yetirmə, 1 hədə-qorxu, 5 dəfə yaxınlaşma qadağasını pozma, 1 polis əməkdaşını təhqir, 5 yol hərəkəti qaydasını pozma maddələri üzrə ittiham olunur.

Marius Heybi isə zorlama ittihamlarını inkar edir. Lakin o, 2024-cü ilin avqustunda bir qadına hücum etdiyini etiraf edib. Heybi bu hərəkətləri alkoqol və narkotik maddələrin təsiri altında etdiyini və həmin dövrdə psixoloji problemlər və asılılıqla mübarizə apardığını bildirib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Heybi kral ailəsinin üzvü olsa da, taxt-tac varisliyi sırasında yer almır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 636   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr