Vuçiç: "Dövlət etirazçılar üzərində qələbə qazandı"
Serbiya Prezidenti Aleksandar Vuçiç gecə saatlarında baş verən toqquşmalarda dövlətin etirazçılar üzərində qələbə qazandığını elan edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, Serbiya lideri bu barədə xalqa müraciəti zamanı Belqradda baş verən iğtişaşları şərh edərkən bildirib.
"Serbiya qalib gəldi, çünki bəzilərinin istədiyi kimi Serbiya zorakılıqla məğlub edilə bilməz. Serbiya dayanmayıb və heç vaxt dayanmayacaq", - deyə Vuçiç qeyd edib.
Prezident, həmçinin bildirib ki, saxlanılanların heç birini əfv etmək niyyətində deyil. Onun sözlərinə görə, iğtişaşların iştirakçıları birbaşa vətəndaş qarşıdurmasına və polisə hücuma çağırış səsləndiriblər.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 28-də keçirilən icazəsiz müxalifət aksiyasında 36 minə yaxın insan iştirak edib. Belqradda iğtişaşlar nəticəsində 48 polis əməkdaşı yaralanıb, 1-i azyaşlı olmaqla 77 nəfər saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 538 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Uqandada Ebola qızdırmasına üç yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir. "Ölkədə Ebola virusunun səbəb olduğu üç yeni yoluxma faktı təsdiqlənib və nəticədə təsdiqlənmiş yoluxma hallarının ümumi say
23 mayErmənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı
Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib
23 mayVenesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb
Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb. "Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirind
23 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 may