"Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı qeyri-insani rəftarı bağışlanılmazdır" - DEPUTAT

"Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı qeyri-insani rəftarı bağışlanılmazdır" - DEPUTAT"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşilik yolverilməzdir və tez bir zamanda səbəbkarlar tapılmalı qanun çərçivəsində cəzalandırılmalıdır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı qeyri-insani rəftarı bağışlanılmaz haldır və hüquq normalarına tamamilə ziddir. Soydaşlarımıza qarşı törədilmiş bu cinayət bir daha Rusiyanın bəzi inzibati orqanlarının müəyyən dairələrin təsiri altına düşməsini sübut edir. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq Rusiyaya kəskin münasibətini bildirir və soydaşlarımıza qarşı törədilmiş vəhşiliklə bağlı izahat tələb edir. Azərbaycan xalqı bu hadisədən ciddi narahatdır.25 il əvvəl baş vermiş bir cinayət hadisəsi ilə bağlı hər hansı rəsmi sübut təqdim olunmadan azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi, təhqir olunması və işgəncələrə məruz qalması həm absurddur, həm inandırıcı deyil. Çünki bu, həmyerlilərimizə qarşı ilk belə hal deyil. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, kiber hücumlar həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı qeyri-insani əməllər sübut edir ki, bütün bu proseslər Azərbaycan qarşı başladılan siyasətdir və eyni mərkəzdən idarə olunur".

Deputat vurğulayıb ki, Azərbaycan qonşu ölkələrlə daim dostluq münasibətləri qurmağı çalışır:

"Eləcə də Rusiya ilə. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin yaxşılaşmasının tərəfdarı olub. Lakin son bir neçə ayda Rusiyanın davranışları iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq ilə bağlı şəffaf araşdırma aparılmalı və tez bir zamanda cinayətkarlar öz cəzalarını almalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 675   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər ÖMÜRLÜK PENSİYA ALACAQ

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-c

22 mart
.

Orxan Aslanovun evində yanğın - Video

Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. "Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başq

23 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart
.

Polkovnik-leytenant haqda - Yeni qərar

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan

23 mart
.

Şuşada da bayram namazı qılındı - Fotolar

Şuşanın Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak edib. Tədbir zamanı dini mərasimlər keçirilib və bayram əhval-ruhiyyəsi ilə dolu anlar yaşanıb. Qeyd edək ki, bayram namazında iştirak edənlər birlik, həmrəyli

20 mart
.

AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Report"a bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsi

22 mart
.

Azərbaycanda itkin düşən 14 nəfər tapılıb

Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət

20 mart
.

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı

20 mart
.

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində

22 mart