"Ölkə üzrə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək" - Ramin Şərifov

"Ölkə üzrə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək" - Ramin ŞərifovXəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və "Ağdam-Xankəndi dəmir yolu" layihəsi barədə məlumat veriblər.

Bununla bağlı Sonxeber.az-a danışan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri, KOBİA ictimai şuranın üzvü Ramin Şərifov bildirib ki, bu gün cənab prezident İlham Əliyev hər bir azərbaycanlının arzusu olan Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyma mərasimində iştirak etdi:

"Bildiyiniz kimi, vaxtı ilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bölgələrdə dəmir yolu xəttinin çəkilməsi indi tək turizmin inkişafına deyil, eyni zamanda, ölkə iqtisadiyyatına müsbət göstərir. Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Azərbaycanın hər bir bölgəsinin, eləcə də Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verib. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib. Ən önəmlisi isə Bakı ilə əlaqələri möhkəmləndi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması həm də əhalinin maddi-texniki təchizatını yaxşılaşdırmaqla bərabər, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına da imkan verdi.

1990-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi ölkənin dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub. Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldığına görə Yevlax–Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılıb. Eləcə də bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edilib, dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyyatları zamanı əldə etdiyimiz möhtəşəm zəfərdən sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda həyat canlanır, infrastruktur yenidən qurulur, regionlarda yeni dəmir yolu xətlərinin inşası reallaşdırılır".

Ramin Şərifov vurğulayıb ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur.

Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək. Artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək".

Ramin Şərifov qeyd edib ki, hazırda Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür:

"Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə bərpa-quruculuq işləri maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində şəxsən iştirak etməsi görülən işlərin keyfiyyətinin yüksək olmasından xəbər verir. Ölkə başçısının tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Hazırda Qarabağ iqtisadi rayonu və ona yaxın ərazilərdə üç hava limanı – Gəncə, Yevlax, Füzuli hava limanları fəaliyyət göstərir. Hava limanlarından Bərdə şəhərinə məsafə yaxın olduğundan yüklərin oradan Bərdə-Ağdam avtomobil, Bərdə-Ağdam dəmir yolu vasitəsilə daşınması vaxt itkisinin qarşısını almış olar. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Təbii ki, avtomobil yolları da hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir.

Ümumilikdə isə bölgələrə eləcə də işğaldan azad olunmuş ərazilərdə dəmir yolu xəttinin çəkilməsi tək turizmin inkişafına deyil, eyni zamanda, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Turizmin inkişafı eyni zamanda nəqliyyatın inkişafı ilə bağlıdır. Son illər ərzində Azərbaycanda nəqliyyatın sürətli inkişafı müşahidə olunur. Bu da turistlərin ölkə daxilində sərbəst və daha tez hərəkət etməsi baxımından vacib amildir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2742   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr