Göyün 7-ci qatından Azərbaycana gələn bəla – BİZİ NƏ GÖZLƏYİR?

Göyün 7-ci qatından Azərbaycana gələn bəla – BİZİ NƏ GÖZLƏYİR?Bu il Azərbaycanda yay mövsümünün ötən illərlə müqayisədə daha sərin və dəyişkən keçir.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər bunu jet stream adlanan, yüksək troposfer hava axınlarının dalğalanması ilə izah edirlər. Jet stream təxminən 10-15 km hündürlükdə qərbdən şərqə doğru hərəkət edən çox sürətli hava cərəyanıdır. Bu cərəyan qütb və mülayim enliklər arasındakı temperatur fərqləri nəticəsində yaranır və hava sistemlərinin hərəkətinə ciddi təsir edir. Normalda bu axınlar düz xətt üzrə hərəkət etsə də, bu il dalğalanaraq bəzi yerlərdə cənuba doğru dərin enişlər formalaşdırıb. Ölkəmizin yerləşdiyi qurşaq jet stream-in endiyi ərazilərdə yerləşir. Nəticədə, şimaldan gələn sərin hava kütlələri daha tez-tez və dərin şəkildə Azərbaycana daxil olur. Eyni zamanda günəş radiasiyasını azaldan buludlu və rütubətli hava şəraiti yayda tipik olan quru və isti havanı əvəzləyib. Bu da yay aylarında mülayim temperaturun və dəyişkən havaların müşahidə olunmasına səbəb olur.

Mütəxəssislər deyirlər ki, əgər bu cür dalğalanmalar davamlı xarakter alsa, Azərbaycanın 9 iqlim tipinə sahib olan müxtəlif bölgələri də öz xarakterini dəyişməyə başlayacaq. Normalda Qarabağda, Yuxarı Qarabağ və Şərqi Zəngəzurda yay ayları daha quru və günəşli keçir. Ancaq jet stream sərin hava gətirdikcə buludlu və yağıntılı günlər arta bilər, bu da kənd təsərrüfatında məhsuldarlığı dəyişə bilər. Məsələn, üzümçülük və taxılçılıq iqlim dəyişməsində ciddi şəkildə təsirlənə bilər. Abşeron yarımadası və Bakıda iqlim yarımsəhra və quraq subtropikdir. Bu bölgə artıq sərin, rütubətli və küləkli yaylarla üzləşir. Hərarətin azalması bir qədər komfort yaratsa da, yüksək rütubət və uzunmüddətli buludlu hava psixoloji və ekoloji tarazlığı poza bilər. Günəş enerjisi hasilatı kimi sahələrdə də azalma olacaq. Lənkəran-Astara zonasında jet stream-in təsiri ilə yağıntıların artması torpaq eroziyasını və daşqın riskini artıra bilər. Limon, çay və feyxoa kimi məhsulların keyfiyyətində dəyişiklik ola bilər. Qazax-Tovuz və Aran rayonlarında, əkinçilik üçün həyati önəm daşıyan bu bölgələrdə dəyişkən hava şəraiti əkin mövsümünü ləngidə və məhsulun yetişmə dövrünü uzada bilər. Aran zonasında uzun müddətli sərinlik torpaq temperaturunu aşağı salır. Naxçıvan kontinental iqlimə malik ərazidir. Burada jet stream-in təsiri ilə qışlar daha sərt, yaylar isə daha mülayim ola bilər. Bu, əhalinin yaşayış komfortunu artırsa da, kənd təsərrüfatı və su ehtiyatlarına təzyiq yarada bilər. Əgər jet stream-dəki bu dəyişkənliklər iqlim sistemimizin yeni reallığına çevrilərsə, artıq yalnız hava haqqında deyil, su ehtiyatları, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı strategiyaları haqqında ciddi düşünmək zamanıdır.

Nəticə olaraq, 2025-ci ilin yayında temperatur normadan 3-5 dərəcə aşağı müşahidə olunur. Günəşli günlərin sayı azalır. Nisbi rütubət yüksəlir, bu da insan bədəni üçün narahatlıq yaradır. Yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması müşahidə olunur. Hazırda yaşananlar qlobal iqlim dəyişikliklərinin lokal göstəricisi hesab olunur. Jet stream-də baş verən bu cür dəyişikliklər elə-belə hadisə deyil, bu iqlim sisteminin tarazlığının pozulmasının əlamətidir. Alimlərin fikrincə, Arktik bölgədə buzlaqların əriməsi nəticəsində temperatur fərqləri zəiflədikcə, jet stream-lər də əvvəlki qədər güclü və düz xətt üzrə hərəkət edə bilmir. Onların zəifləyib "dalğalanması" nəticəsində ekstremal hava şəraiti daha tez-tez baş verir. Bir yerdə sel, digər yerdə quraqlıq, bir bölgədə anormal isti, digərində isə kəskin soyuma baş verir.

Azərbaycan kimi keçid zonasında yerləşən ölkələr üçün bu xüsusilə kritikdir. Mütəxəssislər proqnozlaşdırırlar ki, getdikcə su anbarlarının idarə olunması çətinləşəcək, məhsul planlaması qeyri-müəyyən duruma gələcək. Turizm sektoru mövsümi sabitliyini itirəcəksə, iqlimlə əlaqəli xəstəliklər artacaq. Dalğalanmalar nəticəsində iqlim şəraitində baş verən dəyişikliklər beynəlxalq səviyyədə "iqlimlə əlaqəli sağlamlıq riskləri" adlanır və bu məsələ artıq ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və bir çox tədqiqat institutları tərəfindən qlobal təhdid kimi tanınır. Azərbaycanda iqlim dəyişkənliyi fonunda artması gözlənilən xəstəlik qrupları və risklər də bəllidir.

Yüksək rütubət, uzun sürən buludlu hava, günəş işığının azalması kimi amillər mövsümi depressiya, xroniki yorğunluq və yuxu pozuntuları riskini artırır.

Nisbi rütubətin artması və hava təzyiqində tez-tez dəyişikliklər fonunda tənəffüs yolları xəstəlikləri də çoxalır. Bronxial astma, allergik rinit, xroniki bronxit, ağciyər emfizeması daha kəskin formada təzahür edir.

Bu xəstəliklər xüsusilə Sumqayıt, Lənkəran, Mingəçevir və Bakı kimi sənaye və rütubətli iqlimə malik şəhərlərdə daha çox yayılır. Bundan başqa, soyuq və rütubətli hava, gecə-gündüz temperatur fərqlərinin artması revmatoloji və oynaq xəstəlikləri, revmatizm, artrit, osteoxondroz, fibromialgiya kimi xəstəliklərin simptomlarını gücləndirir. Bu vəziyyətlər xüsusilə dağlıq və dağətəyi zonalarda yaşayan yaşlı əhali üçün təhlükədir. Yağıntının və temperaturun dəyişməsi ağcaqanad, gənə, siçan kimi həşəratların çoxalmasına şərait yaradır. Bu da öz növbəsində yoluxucu xəstəliklərdən leyşmanioz, Krım-Konqo qızdırması, qızılca və hepatit A kimi yoluxucu xəstəliklərin artmasına yol açır. Ağcaqanadların çoxalması isə yaxın gələcəkdə malariyanın yenidən aktivləşmə riskini artırır.

Eyni zamanda su ilə bağlı xəstəliklərin də artacağı riski böyükdür. Qeyri-stabil yağıntı, sel və su çatışmazlığı arasında dəyişən dövrlər bağırsaq infeksiyalarının, dizenteriya, salmonellyoz, qurd invaziyalarının, ishal və dehidratasiya hallarının artmasına gətirib çıxaracaq. İqlimlə əlaqəli bu xəstəliklər xüsusilə uşaqlar və yaşlılar üçün risklidir. Mütəxəssislər bildirirlər ki, əgər jet stream-in əksi olsa və ani istilər baş versə, hərarətlə bağlı kəskin pozuntular, istivurma, dehidratasiya, hipotoniya və ürək-damar problemləri kəskin şəkildə özünü biruzə verəcək. Belə olacağı təqdirdə yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, açıq havada çalışanlar, kənd təsərrüfatı və tikinti sahələrində çalışanlar, uşaqlar və körpələr xüsusi risk altındadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 46445   Tarix: 03 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni məlumat

"Qazaxıstan AZAL təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq". -ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanı

20 mart
.

Şuşada da bayram namazı qılındı - Fotolar

Şuşanın Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak edib. Tədbir zamanı dini mərasimlər keçirilib və bayram əhval-ruhiyyəsi ilə dolu anlar yaşanıb. Qeyd edək ki, bayram namazında iştirak edənlər birlik, həmrəyli

20 mart
.

Azərbaycanda itkin düşən 14 nəfər tapılıb

Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət

20 mart
.

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində

22 mart
.

Yollarda görünüş məhdudlaşacaq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobi

20 mart
.

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ

Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu

21 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart
.

Azərbaycanda pensiya yaşı dəyişir? - Belə ola bilər…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. Bu güzəş

21 mart
.

Qış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi

22 mart