Masallıda məktəb direktorunun dul işçisinə "kəbin" təklifi….Şok səs yazısı- Qalmaqal
Masallı məktəbində ilginc olay baş verib.
Masalli rayon Rudəkənar kənd orta məktəbin direktoru Cumşüd Xammədov işçisinə əxlaqsız təkliflər edir?
XALQ-a müraciət edən Nuranə Vəliyeva (ad soyad şərtidir) Masalli rayon Rudəkənar kənd orta məktəbində texniki işçi kimi işləyib. Məlumata görə bir müddət öncə Nuranənin həyat yoldaşı vəfat ediyi üçün üçün məktəbə işə düzəlib. Lakin məktəb direktoru Cümşud Xammədov vəzifəsindən, səlahiyyətlərində sui-istifadə edərək Nuranəni təqib etməyə başlayıb. Ona müxtəlif təkliflərlə şərait yaradaçağını və sair fikirlərlə münasibət yaratmaq istəyib. Lakin Nuranə bu məsələdə qətiyyət göstərərək ona rədd cavabı verib və işə getməyib.
Bu illər ərzində işə getməyən Nuranə bildirir ki, indi xəbərdar olub neçə illərdir adım işdə gedir lakin mənim xəbərim olmayıb, və məvacibimi direktor alıb. Bütün bunlardan sonra Nuranə məcburən işdən çıxarılıb və təqibə məruz qalıb.
Qeyd edək ki, məktəb direktoru Cumşüd Xammədov müxtəlif vaxtlarda Nuranənin qonşusuluğunda yaşayan Rusiyada sahibkarlıqla məşgul olan qardaşı Bəhruzun evinə gəlib-gedib. Həmin vaxtlarda qonşu olduğumuz üçün vəfat etmiş yoldaşımın qohumu olduğu görə bizim həyatədə gəlib. Lakin mən ona burada tək yaşayram qızım ailəli oğlum hərbi xidmətdədir bura gəlmyinə dedikdə o mənə yenidən müxtəlif təkliflər verib və onunla kəbin kəsdirməsini təkid edib. Lakin Nuranə rədd cavabı verib və bu biabırçılıqla bağlı direktorun həyat yoldaşına zəng edərək xəbərdar edib.
Bu hadislərdən sonra Çəmşid Xammədov kəndə onun adına ləkə gətirəcək müxtəlif şər-böhtandan ibarət xoşəgəlməz söhbətlər yayıb.
Məsələ ilə bağlı Nuranə valideynlərinə kömək məqsədi ilə müraciət edib. Valideynləri məktəb direktoru Cumşüd Xammədovla telefonla danışaraq bu məsələlər son qoymağa çağırıb.Lakin o öz əməllərindən əl çəkməyərək danışıq zamanıda təhdid edərək, Nuranəni biabır edəcəyini və Rusiyada olan reketlere bu barədə bildircəyini söyləyərək müəllimə yaraşmayan tərzdə söyüş söyüb, və bildirib ki, o mənlə kəbin kəsdirməlidir yoxsa onu çılpaq edib videosunu çəkərək sosial platformada biabır edəcəyəm. Hətta danışıq zamanı qeyd edib ki, belə hadisələrə görə kimisə bıçaqlayacaqmış.
Bu xoşəgəlməz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və araşdırma aparılır.
Məsələ ilə bağlı Masalli rayon Rudəkənar kənd orta məktəb direktoru Cumşüd Xammədovla əlaqə saxladıq o, açıqlamasında bildirib ki, bu hadislərlə bağlı izahatı verib. Əməkdaşımızın suallarına isə münasibət bildirməkdən imtina etdi.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayon təhsil sektorundan məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Masalli rayon Rudəkənar kənd orta məktəb direktoru Cumşüd Xammədovun və Nuranənin valideynlərinin telefon danışıqlarını təqdim edirik( danışıq zamanı təhdid, təhqir və söyüş olduğu üçün ixtisarla təqdim edirik)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR