İki həftə əvvəl nişanlanmışdı – Gənc futbolçu faciəvi hadisə nəticəsində həyatını itirdi
Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda baş verən faciəvi hadisə gənc bir futbolçunun həyatına son qoyub.
Sonxeber.az xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində Karasu rayonunun Yalı məhəlləsində yerləşən bir yaşayış kompleksinin hovuzunda baş verib.
İstirahət məqsədilə hovuza girən Alihan Güldal, suya tullanarkən boynunu sındırıb və hərəkətsiz halda sudan çıxarılıb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Səhiyyə işçilərinin ilkin müayinəsi zamanı futbolçunun boynunun sındığı müəyyən edilib. Güldal əvvəlcə Karasu Dövlət Xəstəxanasına, daha sonra isə Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Alihan Güldalın İstanbuldan gəldiyi, iki həftə əvvəl nişanlandığı bildirilir. Onun Türkiyənin 1-ci Amatör Liqasında çıxış edən Gümüşsuyu FK komandasında futbol oynadığı qeyd olunub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1747 Tarix: 09 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi
Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu
25 avqustAFFA-da iki şöbənin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
AFFA-da iki nəfər vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. AFFA-dan saytımıza verilən açıqlamada məluma
18 avqustNiklas Fyullkruq "Verder"ə qayıtmağa yaxındır
İngiltərənin "Vest Hem" klubunun hücumçusu Niklas Fyullkruq Almaniyanın "Verder" komandasına qayıtmağa yaxındır. xəbər verir ki, almaniyalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Keçid icarə əsasında reallaşacaq. Təcrübəli forvard bu transfer üçün məvacibinin azaldılmasın
18 avqustElvindən Zubirə vida - "Gözüm səni axtaracaq"
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, fransalı futbolçu ilə bu sözlərlə vidalaşıb:. "Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram. Gözüm səni axtaracaq". Qeyd edə
17 avqustMoyze Ken "Komo"nun maraq dairəsinə düşüb
İtaliyanın "Fiorentina" klubunun hücumçusu Moyze Ken A Seriyasının digər təmsilçisi "Komo"nun maraq dairəsinə düşüb. insayder Nikolo Şiraya istinadən xəbər verir ki, tərəflər 2031-ci ilə qədər müqavilənin imzalanması barədə razılıq əldə ediblər. Yaxın vaxtlarda "Komo" rəhbərliyini
24 avqust"Gəncəbasar" klubu fəaliyyətini Gəncədə davam etdirəcək
Adını "Cəbrayıl"dan "Gəncəbasar"a dəyişən və rəhbərliyi yenilənən I Liqa təmsilçisi fəaliyyətini Gəncədə davam etdirəcək. Klubdan -a verilən məlumata görə, klubun yeni rəhbərliyində vaxtilə "Kəpəz"in İdarə Heyətinin sədri olmuş İlqar Nadiri və klubun keçmiş icraçı direktor
17 avqust"Yuventus"un futbolçusu Fabio Miretti "Beşiktaş"a keçə bilər
İtaliyanın "Yuventus" klubunun futbolçusu Fabio Miretti karyerasını Türkiyədə davam etdirə bilər. "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Hazırda klublar arasında danışıqlar davam edir. Xatırladaq ki, 2011-ci ild
24 avqustRonaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb
"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab
21 avqust