"Fener Bahçe" adlı azarkeşdən "Fənərbaxça"ya mesaj var

"Fener Bahçe" adlı azarkeşdən "Fənərbaxça"ya mesaj varAydının Karacasu rayonunun Alemlər kəndində yaşayan "Fənərbaxça" azarkeşi Şərəf Bahçe, 1984–1985 mövsümündə sevdiyi komanda çempion olduqdan sonra həmin il dünyaya gələn oğluna "Fener" adını verib.

Sonxeber.az xəbər verir ki, "Fener Bahçe", atasının iziylə sarı-lacivərdli komandaya könüldən bağlanıb. İstanbul təmsilçisinin oyunlarını heç vaxt qaçırmayan Fener Bahçe qələbələrlə sevinib, məğlubiyyətlərlə kədərlənib. Hazırda Alemlər kəndində fermerliklə məşğul olan, 3 uşaq atası, 40 yaşlı Fener Bahçe adını daşıdığı komandaya sevgisini həyatının ayrılmaz hissəsinə çevirib. O, hər gün Fənərbaxçanın rəsmi geyimlərini geyinməyə xüsusi diqqət yetirir.

Adının atasının və onun əmisi oğlunun girdiyi bir mərc nəticəsində qoyulduğunu bildirən Fener Bahçe belə deyib:

"Həmin il Fənərbaxça çempion olanda atam adımı Fener qoyur. adımın gerçək olduğuna əvvəlcə heç kim inanmırdı. Vəsiqəmi göstərsəm də, inanmayanlar olurdu. Hətta müəllimlərim də əvvəlcə zarafat edirdilər. Getdiyim yerlərdə əvvəl təəccüblənirdilər, sonra isə şəkilimi çəkirdilər".

Fənərbaxça prezidenti Ali Koç və klubdan ayrılan tanınmış televiziyaçı Acun Ilıcalıya səslənən Fener Bahçe, ən böyük arzusunun Fənərbaxça–Qalatasaray oyununu stadiondan izləmək olduğunu bildirib. O, komandanın baş məşqçisi Joze Mourinyonun yerinə İsmayıl Kartalın daha uğurlu olacağına inandığını vurğulayıb:

"Ali Koç hörmət edilən, sevilən bir insandır. Onun prezident postunda qalmasını istəyirik. İnşallah bu il çempion olarıq. Həyat yoldaşımla bir övlad daha düşünürük. Əgər olsa, adını "Aziz Ali" qoya bilərəm. Aziz Yıldırım da sevilən bir insandır, illərlə Fənərbaxçada prezident olub. Ali Şen də elə. Ya Aziz Ali, ya da Ali adını verə bilərik".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 998   Tarix: 10 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr