AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)

AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)Bu gün "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Dəstək" İctimai Birliyi (AYAK İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Mingəçevirdə, Gənclər Evinin konfrans zalında "Vüqar İsmayılovun həyat yolu" adlı videoçarxın təqdimatını reallaşdırıb.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşan layihə Mingəçevir şəhidi, 44 günlük Zəfər savaşı zamanı qəhrəmancasına döyüşən və həyatını itirən Vüqar İsmayılova həsr edilib.

Tədbiri giriş sözü ilə açan videoçarxın ideya müəllifi, AYAK İB-nin təsisçisi və İH üzvü Zahir Rəhimov göstərdiyi dəstəkdən dolayı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib və bu mövzuda bir neçə layihə reallaşdırdıqlarını qeyd edib.

Sonra layihənin media tərəfdaşı, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərdiyini dedi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev isə çıxış edərək şəhər rəhbərliyinin salamlarını çatdırdı və Şəhid ailələrinin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğuladı.

Sonra Şəhid Vüqar İsmayılova həsr edilmiş videoçarxın təqdimatı keçirildi.

Tanınmış telejurnalist, aparıcı İnqilab Şirinli çıxışında bu və bu kimi videoçarxların orta məktəblərdə təqdim olunmasının vacibliyini vurğuladı.

Təqdimatdan sonra Şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov çıxış edərək göstərilən diqqətdən dolayı əziyyəti keçən hər kəsə təşəkkür etdi.

Sonda iştirakçılara videoçarxın diskləri paylanıldı.

AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 597   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr