Fransada "Yeni Kaledoniya" adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb
Fransada "Yeni Kaledoniya" adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, Yeni Kaledoniyanın gələcəyini müzakirə edən rəqib siyasi hərəkatlar şənbə günü səhər Fransadan tam müstəqil olmayacaq yeni dövlətin yaradılması barədə razılığa gəldiklərini bəyan ediblər.
Nəşr qeyd edir ki, bu saziş sayəsində əraziyə muxtariyyət veriləcək. Sənədə əsasən, Yeni Kaledoniya üçün ayrıca vətəndaşlıq yaradılacaq və beynəlxalq münasibətlər sahəsində bəzi səlahiyyətlər yeni dövlətə ötürüləcək. Növbəti mərhələdə Fransa parlamentində səsvermə keçiriləcək və adalarda referendum təşkil olunacaq.
Xatırladaq ki, 2024-cü ilin yazında Yeni Kaledoniyada konstitusiyaya edilən dəyişikliklər - xüsusilə də miqrantlara seçki hüququnun verilməsi - kütləvi iğtişaşlara səbəb olmuşdu.
Qeyd edək ki, Yeni Kaledoniya Fransanın inzibati-ərazi qurumu, Sakit okeanda yerləşən arxipelaqdır. Burada ali hakimiyyət Fransa prezidenti tərəfindən təyin edilən ali komissarın, icra hakimiyyəti isə yerli hökumətin səlahiyyətindədir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 534 Tarix: 12 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyulDonald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulTramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulRusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya ordusu Ukraynada bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Xarkov vilayətində Şiykovka, Novıy Mir, Çerneşçina və Drujelyubovka yaşayış məntəqələri, həmçinin Donetsk vilayətində Vasilyevka kəndi Rusiyanın nəzarətin
5 iyul