22 İyul – Milli Mətbuat və Jurnalistika Günü

22 İyul – Milli Mətbuat və Jurnalistika GünüBu il Milli Mətbuat Gününün 150-ci ili qeyd edilir. Bu tarixi günün qeyd edilməsi unudulmaz maarifçi Həsən bəy Zərdabi olmuşdur. Bildiyimiz kimi XIX əsr Azərbaycan tarixində milli oyanışı, maarifçiliyi ilə xüsusilə seçilən dövrdür. Bu dövrdə maarifçilərimiz insanların maariflənməsi, ana dilinin təbliği və demokratik mətbuatın yaranması üçün mühüm təbliğatlar, mübarizələr aparmışdılar. Maarifçilərin bu mübarizəsi öz bəhrəsini verir. Belə ki, Azərbaycan mətbuatının banisi olan maarifçi Həsən bəy Zərdabi ilk dəfə ana dilində qəzetin nəşrinə nail olur. 1875-ci il 22 iyul tarixində "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. Qəzetin fəaliyyəti 1875-1877-ci illəri əhatə edir. Bu müddətərzində 56 nömrəsi mövcud olmuşdur. Bu müddət ərzində xalqın inkişafına, milli oyanış, milli ruhun dirçəlməsinə, cəmiyyətimizin maariflənməsinə mühüm töhfələr vermişdir. Bu qəzetdə görkəmli yazıçılarımızın müxtəlif sahələrə həsr edilmiş əsərləri, məqalələri nəşr edilirdi. Bu da insanların mövhumatdan uzaqlaşmasına, maariflənməsində xüsusi rol oynayırdı. Onu da qeyd edim ki, bütün bunların ana dilində nəşr edilməsi xalqın daha çox marağına və sevilməsinə səbəb olmuşdur. Elə buna görə də xalqın maariflənəcəyindən, ana dilinin təbliğatından qorxan Çar Rusiyası qəzetin nəşrinin qarşısını almaqla buna son qoydu.
Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb.
Beləliklə, XX əsrdə növbəti ana dilli qəzet nəşr edildi. Məmməd ağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti oldu. Burada müxtəlif elm sahələri ilə bağlı məqalə və əsərlər nəşr olunur, maarifləndirici təbliğatlar həyata keçirilirdi. 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə Tiflisdə həftəlik ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" nəşrə başladı. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə Bakıda çap olundu. "Ziya", "Kəşkül", "Kaspi", "Həyat", "Füyuzat", "Təzəhəyat", "Açıqsöz", "Dirilik" kimi bir sıra qəzet və jurnalların da mətbuatımızın inkişafında, xalqımızın maariflənməsində böyük rolu olub.
Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. Belə ki, XX əsrin sonlarında SSRİ-də ictimai-siyasi həyatın demokratikləşdirilməsi də Azərbaycanda oyanışa səbəb olur və eləcə də Ermənistanın təcavüzkar siyasəti xalqın etirazına səbəb olur. Beləliklə, bu etiraz genişlənərək bütün ölkəni əhatə edir. Bütün baş verənlərin xalqa çatdırılmasında qəzet və jurnallar mühüm rol oynayır. Ölkənin ən ağır günlərində meydana çıxan "Azərbaycan", "Aydınlıq", "Yenifikir", "Meydan", "Azadlıq", "Səhər", "Odlar Yurdu", "Gənclik", və s. Kimi maarifləndirici təbliğatı özündə əks etdirən bu qəzetlər xalqa həqiqətin çatdırılmasında mühüm rol oynayır.
Beləliklə, bütün çətinliklərə baxmayaraq milli mətbuatımız öz inkişafına davam etdi. Milli mətbuatımızın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür. Heydər Əliyev demokratik mətbuatın inkişafı üçün bununla yanaşı bir sıra fərmanlar imzaladı, mətbuat sahəsində proqramların həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması üçün göstərişlər verdi. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuata, jurnalistlərə xüsusi diqqət, qayğı göstərir və hörmət edirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Beləliklə, hazırda da milli, demokratik mətbuatın ənənəvi olaraq inkişafı, təkmilləşdirilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Mətbuat sahəsində böyük əməyi olan, xalqın maariflənməsində, dünyaya həqiqətləri obyektiv, qərəzsiz şəkildə çatdıran jurnalistlər də hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Tufan Məmmədov – iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1168   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr