Bu ilin ilk altı ayında 22 mindən çox heyvan dişləməsi qeydə alınıb
Respublika üzrə 2025-ci ilin ilk altı ayı ərzində 22 406 nəfəri heyvan dişləməsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.
Vurğulanıb ki, heyvan dişləməsi, cırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə verilir.
Onun sözlərinə görə, hadisə qeydə alındıqda tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanması üzərində nəzarət aparılır:
"Eyni zamanda heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir. Respublika üzrə 2024-cü ilin altı ayı ərzində 20 528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11 313 hadisə məlum heyvanlar, 9 215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlarla bağlı olub. 2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 1 878 nəfər artaraq 22 406 olub. Bunların 12 101-i məlum, 10 305-i naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir. Qeydə alınan dişləmə hadisələri əsasən itlər, pişiklər tərəfindən baş verib".
A.Qurbanova qeyd edib ki, 2025-ci ilin ilk altı ayı ərzində 2024-cü ilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 677 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr