Müşfiq Abuzərli: "8 Noyabr" Elektrik Stansiyasının gücü 1880 meqavata çatdırılıb"
"8 Noyabr" Elektrik Stansiyasının gücü 1880 meqavata çatdırılıb".
Oxu.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin İstehsal İdarəsinin xidmət rəisi Müşfiq Abuzərli deyib.
Onun sözlərinə görə, stansiya cəmi iki il ərzində çox qısa müddətdə istismara verilib:
"Burada işlər ən son texnologiyalardan istifadə olunmaqla həyata keçirilib və sınaq-sazlama işlərinə qısa zamanda başlanıb. Sınaq-sazlama işlərinə ötən ilin dekabr ayında başlamışıq və bu ilin aprel ayına qədər bütün işləri tam yekunlaşdırmışıq. Hazırda stansiya tam istismardadır".
M.Abuzərlinin sözlərinə görə, stansiyada dörd ədəd qaz turbini qurğusu quraşdırılıb:
"Onların hər birinin gücü 320 meqavatdır. Tüstü qazlarından buxarın istehsalı üçün dörd qazan qurulub və hər birinin məhsuldarlığı 400 tondur. Bu qazanlardan alınan buxar stansiyadakı 300 meqavatlıq mövcud buxar turbinlərinə ötürülərək elektrik enerjisinin istehsalını təmin edir. Beləliklə, stansiyanın ümumi gücü 1880 meqavata çatıb".
Xidmət rəisi vurğulayıb ki, stansiyanın köhnə və yeni hissəsi arasında səmərəlilik fərqi böyükdür:
"Köhnə hissədə bir kilovat saat elektrik enerjisi istehsalı üçün təqribən 335 qram şərti yanacaq istifadə olunurdu. Hazırda isə bu göstərici bir kilovat saat üçün 225 qramadək azaldılıb. Bununla da hər il təqribən 1.2 milyard kubmetr zərərli qazların ətraf mühitə atılmasının qarşısı alınır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 584 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabr