Köhnə qaydalar dəyişdi: Artıq tanışlıqla sanatoriyalara getmək mümkün deyil

Köhnə qaydalar dəyişdi: Artıq tanışlıqla sanatoriyalara getmək mümkün deyilAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyində dəyişikliklərdən sonra qurumun fəaliyyətində nəzərəçarpan yeniliklər baş verib.

Belə ki, konfederasiyanın işi yenidən qurulur, mühüm islahatlar aparılır, rüşvət və tapşırıqla icra olunan köhnə metodlar aradan qaldırılıb.

Yollayışların verilməsi üçün mərkəzləşdirilmiş onlayn sistem yaradılıb. Bu sistem əsasında vətəndaş birbaşa müraciət edib sanatoriya seçə bilər.

Məqsəd isə çox sadədir, yollayışların verilməsində ədalətliliyin, şəffaflığın və əlçatanlığın təmin olunması. Artıq hər kəs onlayn qaydada yollayışını alıb istirahət və müalicə mərkəzlərinə gedə biləcək. İllərdir yollayış üzünə həsrət qalan sadə vətəndaşlar bu qaydalardan daha rahat faydalana biləcək.

Lakin şəffaflığı təmin edən bu qaydalar bəzi məmurları qane etmir. Çünki onlar Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş rəhbəri Səttar Möhbalıyevin dövründə rahat yollarla, tapşırıqla və tanışlıqla yollayışlar alıb istirahət mərkəzlərində dincəliblər. Və yeni qaydalardan narazı qalan bəzi məmurlar "hamı necə, səndə elə" prinsipini bəyənməyərək Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə kölgə salmağa, hamı üçün əlçatan olan yeni sistemi tənqid etməyə, qarayaxma kampaniyası aparmağa başlayıblar.

Onlardan biri də sabiq millət vəkili Tahir Kərimlidir. Tahir Kərimli həyat yoldaşı ilə Naftalan sanatoriyasına göndəriş alıb. O iddia edir ki, əvvəllər həyat yoldaşı da, özü də 15% ödəniş edib. İndi isə bahalaşma var. Belə ki, həyat yoldaşı 50% ödəniş edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, sabiq millət vəkili Tahir Kərimli iyulun 16-sı üçün Naftalan şəhərində yerləşən "Çinar" hotelinə 10 gün müddətinə ikinəfərlik müalicə təyinatlı yollayışla təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu Qaydaları"nın 2.21-ci bəndinə əsasən, ər və arvadın birgə müalicəsi üçün sanatoriyalara yollayışlar müraciət edən şəxsə (sığortaolunanlara və əmək pensiyaçılarına) dəyərinin 15 faizi ödənilməklə verilir. Onun işləməyən ailə üzvünə (ərə, arvada) isə yollayışlar 50 faiz dəyəri ödənilməklə verilir.

Həmin Qaydalara əsasən Tahir Kərimli yollayışın dəyərinin 15%-ni, həyat yoldaşı isə 50%-ni ödəyib.

Yollayışın ümumi dəyəri 2450 manat təşkil edib. Bu yollayışa görə Tahir Kərimli 184, həyat yoldaşı Lətifə Tahirli isə 613 manat vəsait ödəyib.

Bundan başqa, sabiq millət vəkilinin qızı Sevinc Kərimliyə də onlayn formada qeydiyyatdan keçərək müraciət edib. O da istirahət təyinatlı yollayışla təmin edilib.

Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyası yollayışlarla bağlı yaxın günlərdə mediada geniş məlumat vermişdi.

Həmin məlumatda da qeyd olunur ki, yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni, müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz. İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2135   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının üç rayonunda işıq olmayacaq

Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı

21 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr