Hikmət Hacıyev: "Dezinformasiyadan danışarkən ilk sosial media və süni intellekt ön plana çəkilir"
"Kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıradadırlar".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərindən həmişə sistematik şəkildə, hətta psixoloji müharibə həddinə çata biləcək dezinformasiya hücumlarına məruz qalıb:
"Dünən dövlət başçısı da bu məsələ barədə ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və bir neçə təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik. Burada ilk növbədə Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar dayanır. Ancaq bu gün nədənsə dezinformasiyadan danışarkən ilk olaraq sosial media və ya süni intellekt platformaları ön plana çəkilir. Halbuki Azərbaycanın təcrübəsində görə bilərik ki, kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıradadırlar".
O qeyd edib ki, buradan "Le Figaro"dan başlamış digər media strukturların adını çəkmək olar.
"Həmçinin sosial media platformalarında süni intellektdən istifadə etməklə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək formada "deepfake" texnologiyası əsasında geniş dezinformasiya kampaniyası aparılır".
Prezidentin köməkçisi vurğulayıb ki, erməni diaspor dairələri Azərbaycana qarşı müxtəlif narrativlərlə Qarabağın tarixini təhrif edərək, dini mövzuları gündəmə daşıyaraq kampaniyalar aparırlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 592 Tarix: 20 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabr