Təqaüddə olan Polis Palkovniki Vaqif Əsədov 22 iyul Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Təqaüddə olan Polis Palkovniki Vaqif Əsədov 22 iyul Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütün media cameəsini, xüsusilə də daim haqqın, ədalətin və cəmiyyətin güzgüsü olan jurnalistlərimizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün mənim üçün də şəxsi baxımdan dəyərlidir. Çünki son 20 ilə yaxın peşə fəaliyyətim Azərbaycan mətbuatı ilə birgə addımlamış, ictimaiyyətə xidmətin vacib bir qolunu təşkil etmişdir. Bu dövrdə sözün və informasiyanın gücünü daha dərindən anladım, jurnalistlərin cəmiyyət üçün necə önəmli bir missiya daşıdığının canlı şahidi oldum.

Bu səviyyəyə gəlmək, mətbuatla işbirliyində daim peşəkar münasibət qorumaq və ölkəmizə ləyaqətlə xidmət etmək yolunda mənə dəstək olmuş bütün ali rəhbərliyə, rəhbər tutduğum qurumlara və əməkdaşlarıma dərin təşəkkürümü bildirirəm.

Azərbaycan jurnalistləri daim sözün, vicdanın və vətənpərvərliyin bayraqdarı olmuşlar. Onların fədakar fəaliyyəti sayəsində cəmiyyət məlumatlanır, həqiqətlər işıqlandırılır, şəffaflıq və ictimai nəzarət təmin olunur. Mətbuat – cəmiyyətin aynasıdır, və bu aynanın daim parlaq qalması üçün çalışan hər bir media nümayəndəsinin əməyinə yüksək qiymət verirəm.

Əminliklə qeyd etmək istəyirəm ki, bu günə qədər qazandığım bütün uğurlar — xidmət etdiyim idarə və nazirlik rəhbərliyinin tələbkarlığı, diqqəti və qayğısı, eləcə də əlində qələm tutaraq jurnalist fəaliyyətini vicdanla yerinə yetirən qələm sahiblərinin əməkdaşlığı və obyektiv mövqeyi sayəsində mümkün olmuşdur. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.

Bir daha bu əlamətdar gün münasibətilə bütün mətbuat nümayəndələrinə sağlamlıq, güc, qələmlərinə iti və məsuliyyətli söz arzulayıram. Uğurlarınız bol, sözünüz kəsərli olsun!

Hörmətlə,

Vaqif Əsədov

Daxili İşlər Orqanlarının təqaüddə olan polkovniki

21 iyul 2025


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2084   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkə ərazisində doqquz dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanda dekabrın 27-si saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsənd

27 dekabr
.

Daha bir avtobus yeniləndi - Gediş haqqı 60 qəpik olacaq

Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong"

27 dekabr
.

Boşanma zamanı ən çox edilən səhvlər nələrdir? - HÜQUQŞÜNAS AÇIQLADI

Boşanma yalnız emosional yox, həm də ciddi hüquqi prosesdir. Təəssüf ki, Azərbaycanda boşanan tərəflərin böyük qismi öz hüquqlarını tam bilmədiyi üçün maddi, valideynlik və şəxsi maraqlar baxımından itkilərlə üzləşir. Qanun həm qadını, həm də kişini qorumaq üçün kifayət qədər mexanizm təqdim edir, laki

26 dekabr
.

TƏCİLİ! Dekabrın 29-u ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini

28 dekabr
.

Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur

"Tıxac probleminin həlli ilə bağlı daha yeni istiqamətlər mütləq düşünülməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər"

28 dekabr
.

Azərbaycanda bu tarixdən PENSİYA YAŞI DƏYİŞƏCƏK

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. -ın məlumatına görə, hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır. Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək. Xatırladaq ki, "Əmə

28 dekabr
.

Prezidentin idmançılarla maraqlı söhbəti: SƏMİMİ GÖRÜNTÜLƏR

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezidentin idman ictimaiyyətinin nümayəndələri ilə maraqlı söhbəti diqqətçəkən məqamlardan bir

26 dekabr
.

Baş prokuror keçmiş deputatın oğluna yeni vəzifə verdi (FOTO)

Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Elgiz Qənizadə Mill

27 dekabr
.

Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək

Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışı

27 dekabr