Ölən sevgilisini streç plyonkaya büküb 2 gün eyni evdə yaşadı

Ölən sevgilisini streç plyonkaya büküb 2 gün eyni evdə yaşadıÇanaqqalada yaşayan Özbəkistan vətəndaşı Dinara Alya Urkasimovadan xəbər ala bilməyən yaxınları polisə müraciət edib.

Sonxeber.az xəbər verir ki, hadisə şəhərin Esenler məhəlləsində yerləşən Kocatepe küçəsindəki "Neydim" yaşayış kompleksində baş verib. Polis əməkdaşları binanın 5-ci mərtəbəsindəki mənzilə gedib və qapını qadının sevgilisi Metin K. açıb.

Polislər Dinara Alya Urkasimovanın harada olduğunu soruşduqda, Metin K. evdəki masaj otağını göstərib. Otağın qapısı açıldıqda isə polislər streç plyonkaya bükülmüş qadının meyiti ilə qarşılaşıblar. Hadisə yerinə çağırılan prokurorluq və kriminalistlər araşdırma aparıb. Qadının meyiti Çanaqqala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasının morquna aparılıb. Ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra dəqiqləşəcək.

Hadisədən sonra saxlanılan Metin K. ilkin ifadəsində bunları deyib: "İki gün əvvəl gecə saat 02:00 radələrində birlikdə alkoqol qəbul etdik. Masaj etdiyi vaxt bir anda halı pisləşdi və nəfəsi kəsildi. Ürək masajı etdim, amma xilas edə bilmədim. Öldüyü üçün qorxdum, heç kimə xəbər vermədim. İki gün onun meyiti ilə eyni evdə qaldım. Mən onu öldürmədim".

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1481   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

Polisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO

İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy

10 sentyabr
.

"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin ŞOK DETALLARI - VİDEO

Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub. xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirahət Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində iki nəfər həyatını itirib. Vəfat edən Qax rayon sakini, 30 yaşlı Coşqun Məmmədovun yaxınlar

12 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr
.

Ağlayan qadının şikayəti böyük dələduzluq şəbəkəsini üzə çıxardı - 2 milyonluq köçürmənin qarşısı alındı - VİDEO

Türkiyənin Samsun şəhərində polis əməkdaşlarının ağlayan bir qadını görərək onunla maraqlanması nəticəsində böyük dələduzluq işi üzə çıxıb. Özlərini polis və prokuror kimi təqdim edən şəxslərin qadının evini satdıraraq 2 milyon 329 min lirəsini ələ keçirdiyi müəyyənləşib. xarici mediaya istinadla xəbə

17 sentyabr
.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Qasım Maqsudovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 1 00 manat cərimə cəzası təyin edilib. İttiham

10 sentyabr