Ana olmağa hazırlaşan İrem Helvacıoğlu son halını paylaşdı - FOTO
Bir çox sevilən layihədə rol alan tanınmış türkiyəli aktrisa İrem Helvacıoğlu həm şəxsi həyatı, həm də sosial media paylaşımları ilə gündəmdə qalmağa davam edir. İş adamı Ural Kasparla nikah masasına oturan məşhur sənətçi hazırda ana olmağın həyəcanını yaşayır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son olaraq bir qız övladı gözlədiyini açıqlayan Helvacıoğlu artıq 27 həftəlik hamilədir. İlk dəfə ana olmağa hazırlaşan aktrisa bu dövrdə həm istirahət etməyə, həm də yaxınları ilə vaxt keçirməyə üstünlük verir. Hal-hazırda doğum öncəsi tətilin dadını çıxaran Helvacıoğlu böyüyən qarnı ilə çəkdirdiyi fotoları sosial media izləyiciləri ilə bölüşüb.
Instagram hesabında paylaşdığı görüntülərdə sadə və sakit görünüşü ilə diqqət çəkən aktrisanın fotoları qısa müddətdə sosial şəbəkələrdə gündəm olub. Bəzi izləyicilər Helvacıoğluna ana olmağnın çox yaraşacağını qeyd edib, bəziləri isə onun təbii gözəlliyinə təriflər yağdırıb. Paylaşımlar minlərlə bəyənmə toplayaraq fanatları arasında böyük marağa səbəb olub.
"Güneşin Kızları", "Sen Anlat Karadeniz", "Yürek Çıkmazı" və "Seni Çok Bekledim" kimi seriallardakı rolları ilə geniş bir tamaşaçı kütləsi qazanan İrem Helvacıoğlu hamilə olduğu üçün ekranlara qısa bir fasilə verib. Pərəstişkarları isə onun doğumdan sonra yeni layihələrlə ekranlara qayıtmasını səbirsizliklə gözləyir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Belə valideynləri qınayıram"
Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini
7 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrMəşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü
Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini
4 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabrİlham Mirzəyev xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam
6 sentyabrRöya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
4 sentyabr