Sahibsiz iri buynuzlu heyvan qəza törətdi: 3 nəfər xəsarət aldı
İstanbulun Arnavutköy rayonunda sahibsiz iri buynuzlu heyvanın qəfil yola çıxması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.az xəbər verir ki, motosiklet və minik avtomobilinin toqquşduğu qəza zamanı 3 nəfər xəsarət alıb, heyvan isə tələf olub.
Hadisə gecə saatlarında Arnavutköyün Bolluca məhəlləsində, Bolluca–İhsaniyə yolu küçəsində qeydə alınıb. İddialara görə, sahibsiz iri buynuzlu heyvan qəfil şəkildə yola çıxıb və hərəkətdə olan motosiklet ona çırpılıb. Zərbənin təsirindən motosiklet sürücüsü idarəetməni itirərək baryerlərin altına düşüb.
Qəzanı son anda görən kommersiya təyinatlı nəqliyyat vasitəsinin sürücüsü toqquşmanın qarşısını almaq üçün manevr etməyə çalışsa da, idarəetməni itirərək eyni heyvana çırpılıb. Heyvan hadisə yerində tələf olub, nəqliyyat vasitələrində isə ciddi maddi ziyan yaranıb.
Hadisə nəticəsində yaralanan 3 nəfər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərək yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlayıb.
Sahibsiz heyvanın kimə məxsus olduğu hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1316 Tarix: 22 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabr