Formula 1 Azərbaycan Qran Prisinə geri sayım başladı – Yarışa cəmi 2 ay qaldı!

Formula 1 Azərbaycan Qran Prisinə geri sayım başladı – Yarışa cəmi 2 ay qaldı!19-21 sentyabr tarixlərində Bakıda baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə cəmi 2 ay qalır! Yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayır.

Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb. Azərbaycan Qran Prisi, təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

Azərbaycan Qran Prisi ilk dəfə 2016-cı ildə "Avropa Qran Prisi" adı ilə baş tutdu və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə Formula 1 azarkeşlərinin sevimli mərhələlərindən birinə çevrildi. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.
2017-ci ildə "Ferrari"nin pilotu Sebastyan Fettel ilə "Mercedes"in sürücüsü Lüis Həmilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə şin partlaması səbəbilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Həmiltonun finişə bir neçə dövrə qalmış buraxdığı taktiki səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərmiş oldu.

2023-cü ildə Bakı yarış həftəsonu yenilənmiş formatda təqdim olundu. Sprint yarışı və sıralama turu ayrı-ayrı günlərdə təşkili Bakı Qran Prisini mövsümdə fərqləndirən əsas mərhələlərdən birinə çevirdi. Həmin il "Red Bull" komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrildi.
Azərbaycan Qran Prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, "The Black Eyed Peas", Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində on minlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

Bu il keçiriləcək Qran Pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində - İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı şəhər halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.

Yarışa cəmi iki ay qalır və artıq bütün diqqətlər yenidən Bakıya yönəlib. Dünyanın ən sürətli pilotları, ən güclü komandaları və milyonlarla tamaşaçı bir daha Azərbaycanın paytaxtında görüşəcək. Geri sayım başladı - Bakı bu payız yenidən Formula 1-in paytaxtına çevrilməyə hazırlaşır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1106   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr