"III Şuşa Qlobal Media Forumu Azərbaycanın strateji mövqeyini bir daha təsdiqlədi" - Deputat

"III Şuşa Qlobal Media Forumu Azərbaycanın strateji mövqeyini bir daha təsdiqlədi" - DeputatAzərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində III Qlobal Media Forumu təkcə jurnalistika və informasiya texnologiyaları sahəsində deyil, həm də ölkənin geosiyasi gücünü və strateji baxışlarını nümayiş etdirən mühüm beynəlxalq platformaya çevrildi. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən tədbir həm texnoloji çağırışlara cavab baxımından, həm də Azərbaycanın artan diplomatik və informasiya nüfuzunun ifadəsi olaraq diqqət çəkdi.

Forum çərçivəsində Prezident İlham Əliyevin Xankəndidə media nümayəndələri ilə görüşü xüsusi məna daşıyır. Bu hadisə Azərbaycanın suverenliyinin, tarixi və mədəni irsinin bərpası ilə yanaşı, Xankəndinin artıq beynəlxalq dialoq və intellektual əməkdaşlıq mərkəzinə çevrildiyini göstərdi. Şuşa və Xankəndidə bu cür tədbirlərin təşkili həm simvolik, həm də praktik baxımdan Azərbaycanın informasiya və media sahəsində artan gücünün təzahürüdür.
Forumda əsas müzakirə mövzularından olan informasiya təhlükəsizliyi, rəqəmsal müstəqillik və süni intellektin media mühitinə təsiri qlobal kontekstdə olduqca aktuallıq kəsb edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuş və bu mərhələdə informasiya suverenliyinin qorunması prioritet məsələlərdən birinə çevrilmişdir. Azərbaycan informasiya sahəsində texnoloji yeniliklərə açıq olmaqla yanaşı, bu imkanları milli maraqlar çərçivəsində yönəltməyi bacarır.

Forum həmçinin media savadlılığı, yalan və manipulyativ informasiyaya qarşı mübarizə və süni intellektin jurnalistikada tətbiqi kimi məsələlərin dərin müzakirə olunduğu qlobal əhəmiyyətli platformaya çevrildi. Burada səsləndirilən ideyalar və təkliflər yalnız regional deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqelərini gücləndirəcək. Müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi və hərbi resurslarla deyil, informasiya sahəsindəki üstünlükləri ilə də müəyyən olunur. Bu baxımdan Forum Azərbaycan üçün həm strateji, həm də ideoloji üstünlüyün təzahürüdür.

Prezident İlham Əliyev forum çərçivəsindəki çıxışında ölkəmizin siyasi sabitliyi, iqtisadi göstəriciləri və gələcəyə hesablanmış planları barədə ətraflı məlumat verdi. Azərbaycanın yerləşdiyi coğrafi məkanın yaratdığı imkan və çətinliklərə toxunan dövlət başçısı, ölkəmizin həm Avropa, həm də İslam aləmi ilə qurduğu əlaqələrin onu regional və beynəlxalq səviyyədə körpü rolu oynayan ölkəyə çevirdiyini bildirdi. Xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr – o cümlədən Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi – Azərbaycanın iqtisadi və siyasi gücünün əsas dayaqları kimi qeyd olundu.

Eyni zamanda, Prezident İlham Əliyev ölkənin enerji sahəsindəki mövqeyinin nəinki iqtisadi, həm də ekoloji baxımdan uğurlu strateji kursa əsaslandığını bəyan etdi. Azərbaycanın "yaşıl enerji" sahəsində atdığı addımlar, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda istismara verilən su elektrik stansiyaları və günəş enerjisi layihələri ölkənin COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsini əsaslandırır. Prezident İlham Əliyevin sözlərinə görə, artıq 6 giqavatlıq alternativ enerji istehsalı ilə bağlı müqavilələr imzalanmışdır ki, bu da ölkənin davamlı enerji siyasətinin uğur göstəricisidir.

Zəngəzur dəhlizi məsələsinə də toxunan Prezident İlham Əliyev, Ermənistanın bu layihəyə qarşı qeyri-konstruktiv münasibətinin regionda izolasiya risklərini artırdığını vurğuladı. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu və qeyd edildi ki, bölgədə sabitliyin təmin olunması üçün Ermənistan konstitusiyasının dəyişməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi vacibdir.
Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin tamamilə kommersiya prinsiplərinə əsaslandığını və siyasi alətə çevrilmədiyini vurğulayaraq, ölkənin Rusiya ilə enerji rəqabətinə girmədiyini, əksinə, hər zaman kommersiya maraqlarını ön planda tutduğunu bildirdi. Bu yanaşma Azərbaycanın beynəlxalq bazarlarda etibarlı tərəfdaş imicini daha da gücləndirir.

Forum zamanı dövlət başçısı Rusiya Federasiyasının hava məkanında vurulan AZAL təyyarəsi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycanın prinsipial mövqeyini açıqlayaraq, hadisənin tanınması, məsul şəxslərin cəzalandırılması və təzminat ödənilməsi ilə bağlı üç əsas tələb irəli sürdü. Qeyd olundu ki, Moskvanın bu istiqamətdə heç bir real addım atmaması səbəbindən məsələ artıq beynəlxalq hüquqi müstəviyə çıxarılıb.

III Şuşa Qlobal Media Forumu, ümumilikdə, Azərbaycanın dünya informasiya məkanında təşəbbüskar olduğunu təsdiqlədi. Forum çərçivəsində irəli sürülən ideyalar, qlobal çağırışlara verilən cavablar və strateji baxışlar bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regional deyil, həm də beynəlxalq miqyasda informasiya axınlarının, enerji təhlükəsizliyinin və siyasi təşəbbüslərin formalaşdığı önəmli mərkəzə çevrilib.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 975   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Ev təmiri zamanı ən çox hansı problemlər çıxır?

Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl

21 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr