Meşə yanğınında şəhid olan Alperenin anasına son mesajı hər kəsi kədərləndirdi
Türkiyənin Eskişehir vilayətinin Seyitgazi rayonunda başlayaraq Afyonkarahisar sərhədinə qədər yayılan meşə yanğınlarına müdaxilə zamanı Arama-Kurtarma Dərnəyinin (AKUT) könüllüsü, 22 yaşlı Alperen Özcan şəhid olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Özcanın anasına yazdığı son mesaj hər kəsi kədərləndirib.
Alperen Özcan mesajında anasına, "Söndürmə işləri yaxşı gedir. Əgər külək əks istiqamətdən əsib odu yenidən alovlandırmasa, bu gün bitirə bilərik" – sözlərini yazıb.
Məlumata görə, gənc könüllü atasının etirazlarına baxmayaraq, yanğın bölgəsinə getməkdə israr edib. Atası onun servisə çatmaması üçün yolda vaxt itirməyə çalışsa da, AKUT komandası Alpereni gözləyərək onu da aparıb.
Qeyd edək ki, Alperen Özcan daha əvvəl, 6 fevralda baş vermiş Kahramanmaraş zəlzələsində də xilasetmə işlərində iştirak edib. Onun tez-tez könüllü olaraq müxtəlif təbii fəlakətlərə müdaxiləyə qatıldığı qeyd olunub.
Alperenin yaxınları, xüsusilə də ailəsi onun vətən və insanlıq uğrunda göstərdiyi fədakarlıqla qürur duyduqlarını bildiriblər
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2049 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabr