Qadının evinə girən maskalı şəxs görün nə etdi
İspaniyanın Costa del Sol bölgəsində yaşayan bir qadın, evinə gizlicə girən bir şəxsin 32 dəqiqə boyunca evdə dolaşıb onu izlədiyini və dəhşətli anlar yaşatdığını bildirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qadın yuxuda olarkən, evinə maskalı bir kişinin daxil olub və onun otağında gəzməyə başlayıb.
Səhər təhlükəsizlik kameralarını izlədikdən sonra baş verənləri öyrənən qadın, həmin şəxsin əl fənəri ilə bədəninə baxdığını və onu davamlı izlədiyini görüb.
"Kameraları izləyəndə şoka düşdüm. O adam məni davamlı izləyirdi. Bu, sadəcə bir oğurluq deyildi, sanki başqa bir məqsədi var idi", – deyə qadın bildirib.
Şübhəli şəxs evdən yalnız 300 avro olan pulqabını götürüb, digər qiymətli əşyalara və uşaqların otaqlarına toxunmayıb. Bu isə həmin şəxsin niyyətinin oğurluqdan daha təhlükəli ola biləcəyini göstərir.
Hadisədən sonra qadın ağır psixoloji travma yaşadığını bildirib: "Hələ də gecələr təkbaşına hərəkət edə bilmirəm. Evdə davamlı kameraları izləyirəm və psixoloji yardım almağa başlamışam. Bəs o gecə ayılıb onunla üz-üzə gəlsəydim? Nə olacağını düşünmək belə istəmirəm", – deyə qeyd edib.
Qadın təhlükəsizlik görüntülərini polisə təqdim edib və eyni zamanda sosial mediada paylaşaraq həmin şəxsin tapılması üçün kömək istəyib.
Polis hazırda həmin şəxsin axtarışlarını davam etdirir.
Qeyd edək ki, bu hadisə fonunda Marbella bölgəsində artan oğurluq halları ilə bağlı yerli əhali təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırılıb. Eyni bölgədə "San Pedro-nun Sinsi Oğrusu" kimi tanınan başqa bir şəxsin də dəbdəbəli villalara daxil olaraq on minlərlə avro dəyərində pul və saat oğurladığı bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3157 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabr