Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR
Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Milli.Az-ın məlumatına görə, sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb.
"Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar", - o qeyd edib.
Nazirin müşaviri bildirib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb:
"Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".
N.Məmmədli əlavə edib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2114 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabr