Ev almaq istəyənlər üçün ŞAD XƏBƏR: Nizamnamə kapitalı artırıldı
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov fərmanın ipoteka ilə ev almaq istəyənlərə təsiri ilə bağlı paylaşım edib.
Deputat deyib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:
"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
İndiyədək fond tərəfindən 54 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur", - deyə o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 478 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda və region ölkələrində ətin qiyməti neçəyədir? - SİYAHI
2025-ci ilin dekabr ayı üzrə dünyada mal ətinin orta satış qiymətləri açıqlanıb. "Numbeo" portalının məlumatlarına əsasən, müxtəlif ölkələrdə 1 kiloqram mal ətinin qiyməti kəskin şəkildə fərqlənir. Siyahıya görə ən yüksək qiymətlər əsasən inkişaf etmiş Avropa ölkələrində, ən aşağı qiymətlə
28 dekabrRamananın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan -a verilən məlumata görə, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqəda
26 dekabrFHN-in polkovnik-leytenantı qəfil vəfat etdi - Foto
Dünən Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun işdən kənar vaxt səhhəti qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsin
27 dekabrQadınlar nə istəyir? - AÇIQLAMA
Qadınlar nə istəyir sualı cəmiyyətin ən çox verilən, eyni zamanda ən çox yanlış başa düşülən suallarından biridir. Bu sual çox zaman maddi istəklər, romantik gözləntilər və ya stereotiplərlə cavablandırılır. Bəs görəsən qadınlar nə istəyir? . Bu barədə psixoloq G.Qədirli -a açıqlama verib: . "Psixoloj
26 dekabrXocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik dəyərində dörd satınalma müqaviləsi bağlayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalma metodu əsasında bağlanıb
27 dekabrPrezidentin idmançılarla maraqlı söhbəti: SƏMİMİ GÖRÜNTÜLƏR
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezidentin idman ictimaiyyətinin nümayəndələri ilə maraqlı söhbəti diqqətçəkən məqamlardan bir
26 dekabrÖlkə ərazisində doqquz dərəcəyədək şaxta qeydə alınıb
Azərbaycanda dekabrın 27-si saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsənd
27 dekabrAzərbaycanda bu tarixdən PENSİYA YAŞI DƏYİŞƏCƏK
Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. -ın məlumatına görə, hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır. Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək. Xatırladaq ki, "Əmə
28 dekabr