Vətəndaşlar narahatdır! Dənizə girən yanıqlarla çıxır!

Vətəndaşlar narahatdır! Dənizə girən yanıqlarla çıxır!Antalya və ümumilikdə Aralıq dənizi sahillərində dəniz suyuna girənlərdə dəri problemləri artıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Antalya başda olmaqla Aralıq dənizi sahillərində dənizə girən bir çox vətəndaş son günlərdə dəri yanması, qaşınma və qızartı şikayətləri ilə xəstəxanalara üz tutub. Mütəxəssislər bu narahatlıqların səbəbi kimi artan temperatur fonunda dəniz suyunda zərərli mikroorqanizmlərin çoxalmasını göstərir.

Hazırda Antalyada havanın temperaturu 45 dərəcəyə, dəniz suyunun temperaturu isə 31 dərəcəyə çatıb. Bu qeyri-adi temperatur dəyişikliyi dəniz ekosisteminə mənfi təsir göstərərək, mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olub.

Xəstəxanalara axın edənlər çoxalıb

Ekol TV-nin məlumatına görə, Antalyada dənizə girən bir çox şəxs dərilərində qaşınma, qızartı və sızanağa bənzər reaksiyalar səbəbilə tibb müəssisələrinə müraciət edib. Şikayətlər əsasən uşaqlarda və həssas dəriyə malik insanlarda daha sıx müşahidə olunur.

Bir vətəndaş yaşadığı vəziyyəti belə təsvir edib:

"Dənizə girdikdən sonra bədənimdə yanma və qaşınma başladı. Belimdə və qollarımda sızanağa bənzər qızartılar yarandı."

Mütəxəssisdən xəbərdarlıq: Şamandıra iplərinə diqqət

Akdeniz Universitetinin müəllimi, professor Mehmet Gökoğlu bildirib ki, yüksək temperatur dəniz suyunun keyfiyyətini aşağı salır. Onun sözlərinə görə, xüsusilə dənizdə uzun müddətdir qalan şamandıra ipləri və mantar baryerlər üzərində toplanan mikroorqanizmlər insan dərisi ilə təmasda olduqda elektrik çarpmasına bənzər yanma hissi yarada bilər.

Gökoğlu vətəndaşlara, xüsusilə uşaqlara və həssas dərisi olan şəxslərə dənizdə bu cür obyektlərdən uzaq durmağı tövsiyə edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4422   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Estetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü

Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl

11 sentyabr
.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli

13 sentyabr
.

Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr